4 vergi bəyannaməsinə və əlavələrinə, bir hesabat formasına dəyişikliklər edilib
Tarix: 20.06.2018 | Saat: 11:09:00 | E-mail | Çapa göndər


Bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu barədə Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarət Departamentinin Bəyannamələr İdarəsinin direktoru Vüqar Əliyev açıqlama verib.
Onun sözlərinə görə, son dövrlərdə aparılan əhatəli və dərin təhlillərin nəticələri və vergiödəyicilərindən daxil olan müraciətlər nəzərə alınaraq, Vergilər Nazirliyi tərəfindən bəzi bəyannamə formalarının və onların əlavələrinin dəyişdirilməsinə qərar verilib. Nəticədə dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də bir hesabat formasına müvafiq dəyişikliklər edilib. Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 3, 4, 5 nömrəli əlavələrinə, “Əmlak vergisinin bəyannaməsi”nə və onun Əlavəsinə, “Dövlət rüsumu tutulması haqqında hesabat”ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər olunub.
V.Əliyev bildirib ki, ən mühüm və ciddi dəyişikliklərdən biri “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin yeni formada tərtib edilməsidir.
Departament rəsmisi qeyd edib ki, əvvəlki qaydalara əsasən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitlərin bəyannamələrdə əks etdirilməsində problemlər yaranırdı. Belə ki, dövlət sosial müdafiə orqanları tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitdən tutulan gəlir vergiləri büdcəyə ödənilir, lakin həmin şəxslər digər vergiödəyicilərinin işçiləri olduğuna görə, hesablamaların şəxsi vərəqələrdə əks olunması məsələlərində çətinlik yaranırdı. Yəni, həmin vəsaitlərin hesabatda hansı qaydada əks etdirilməsi qaranlıq qalırdı. Burada dürüstlük, hesabatlılıq, konkretlik yox idi. Eyni zamanda, həmin sahədə süni olaraq artıq ödəmələr yaranırdı. Vergilər Nazirliyi sosial müdafiə orqanları tərəfindən daxil olan təklif və müraciətləri nəzərə alaraq, həmin sahə üzrə yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə yeni sətirlərin əlavə edilməsini qərara alıb. Beləliklə, dəyişikliklərdən sonra müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsi mümkün olacaq. Eyni zamanda, həmin sahədə vergilərin bəyannamədə əks etdirilməsi ilə bağlı meydana çıxan digər problemlər də aradan qalxacaq. Həmçinin qaydalarda göstərildiyi kimi, bəyannaməyə edilmiş həmin sətir bölməsi yalnız dövlət sosial müdafiə orqanları tərəfindən tərtib edilməlidir, digər vergiödəyicilərinin bəyannamənin həmin hissəsinin doldurulmasına aidiyyəti yoxdur.
Vurğulanıb ki, digər bir mühüm dəyişiklik “Əlavə dəyər vergisinin bəyannaməsi” və onun 3,4 və 5 nömrəli əlavələrinin formalarının tərtibi ilə bağlıdır. Üç nömrəli Əlavəyə edilmiş dəyişikliklərə əsasən ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb. Dörd nömrəli Əlavəyə dəyişikliklə “0” dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlik təmin olunub. Xüsusi iqtisadi zonalarda aparılan əməliyyatların və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq müqavilələr üzrə əməliyyatların “0” dərəcə ilə vergiyə cəlb olunması üzrə məsələlər sənədlərdə öz həllini tapıb, həmin istiqamətlər üzrə bəyannamələrin əlavə formalarında müvafiq sətir yaradılıb. Beş nömrəli Əlavənin mahiyyəti isə ƏDV-dən azadolmalarla bağlı məsələlərə aydınlığın gətirilməsidir. Həmin əlavələrdə də xüsusi iqtisadi zonalar və beynəlxalq müqavilələr üzrə azadolmalarla bağlı əməliyyatları əks etdirən sətir yaradılıb. Bu, vergiödəyicilərinin öz əməliyyatlarını detallı və təfərrüatlı şəkildə əks etdirməsinə imkan verəcək.
Ümumilikdə, hər 3 əlavə formasına edilmiş dəyişikliklər nəticəsində vergiödəyiciləri üçün öz əməliyyatlarını dürüst formada əks etdirməyə imkan yaradılacaq. Bu, həm vergi orqanı, həm də ödəyici üçün mühüm əhəmiyyət daşıyır. Əlavə olaraq, vergi orqanlarında həmin əməliyyatların vergitutma baxımından qiymətləndirilməsi üçün informasiya mənbəyi yaranacaq. Vergi orqanı əməliyyatların qiymətləndirilməsi zamanı sahibkarların dövriyyələrinin, əsasən də azadolma və güzəştlərlə bağlı hissəsinin qanunvericiliyə uyğunluğunu və əsaslılığını asanlıqla müəyyən edə biləcək və son nəticədə bəyannamədə əks etdirilmiş dövriyyə ilə bağlı qarşılıqlı yazışmaların azalmasında əhəmiyyətli rol oynayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
18.07.2018
“Cənubi Qafqaz regionunda media azadlığı“
18.07.2018
Ağdaşda asfalt-beton zavodu tikilir
18.07.2018
Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək
18.07.2018
Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info