Yeni kitab nəşr olunub
Tarix: 20.06.2018 | Saat: 11:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Türk dillərində məsdərlər və feili isimlər” kitabı rus dilində işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin leksik-semantik mahiyyətinin və morfoloji-sintaktik əlamətlərinin müqayisəli-tarixi təhlilinə həsr olunub. Hər bir məsdər və feili isim formasının müfəssəl təhlili onların həm oxşar, həm də diferensial morfoloji-sintaktik və fonetik xüsusiyyətlərinin aşkar edilməsinə imkan verib. Bundan əlavə, kitabda türk dillərində məsdərlərin və feili isimlərin əsas anlayışları, terminləri və onların təsnifat prinsipləri araşdırılıb.
Monoqrafiyada türk dillərində və onların dialektlərində hər bir məsdər və feili isim şəkilçilərinin tarixi inkişaf gedişi izlənilib və etimologiyası öyrənilib. Həmçinin onların türk dillərində daha yayılmış növləri müəyyənləşdirilib. Kitabda türk dillərində məsdərlərin və feili isimlərin başqa formalarla genetik qohumluğu da izlənilib.
Kitabın redaktoru professor Rüfət Rüstəmov, rəyçilər professorlar Sayalı Sadıqova və Məhərrəm Məmmədlidir.
Monoqrafiya filoloq və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“Kimlər gəldi, kimlər getdi”
16.07.2018
Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir
15.07.2018
Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
15.07.2018
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15.07.2018
Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info