Misir televiziyasında AXC-nin 100 illiyi ilə bağlı məlumat verilib
Tarix: 20.06.2018 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının "Mənim gecəm" proqramının qonağı olub. S. Nəsrov Azərbaycanda Ramazan ayı və bayramı haqqında geniş söhbət açaraq, Azərbaycan xalqı 1991 - ci ildə müstəqilliyini yenidən qazanandan sonra tam azad şəkildə bütün azərbaycanlılar öz dini ayinlərini yerinə yetirə bilirlər. SSR-i dönəmində nəinki müsəlmanlar hətta başqa dinlərə mənsub olan xalqlar da təziq altında yaşadıqlarını qeyd etmişdir. Azərbaycan xalqı müstəqilliyini yenidən qazanması yolunda çoxlu qurbanlar verdiyini də bildirmişdir. Verlişdə S.Nəsirov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı geniş məlumat verib və Azərbaycanın demokratik dövlət quruculuğundakı uğurlarından bəhs edib. Cümhuriyyətin tarixinə, keçdiyi şərəfli yola nəzər salan diaspor rəhbəri müsəlman Şərqinin ilk demokratik respublikasının xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Koruğlu dastanında keçən Misri qılıncdan da bəhs etmişdir və bu məlumat qarşı tərəfin marağına səbəb olmuşdur. Bu gün Misirlə Azərbaycan arasında siyası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır”- deyə o qeyd edərək, Ulu Öndər Heydər Əliyevin bu mühitin davam etdirilməsində və yeni Azərbaycanın qoruculuğunda əvəzsiz xidmətlərindən də bəhs etmişdir. S. Nəsirov Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirmişdir. Verilişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Bakı məktəbliləri İspaniyada
18.07.2018
Tacikistan prezidenti avqustda Azərbaycana səfər edəcək
18.07.2018
Türkiyə Hərbi Hava Qüvvələri 6 terrorçunu məhv edib
17.07.2018
Yeni iqtisadi blok yaranır
17.07.2018
İstanbulda beynəlxalq uşaq geyimi sərgisi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info