Kibercasusluq üçün istifadə edilən virus aşkarlanıb
Tarix: 20.06.2018 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


“ESET” antivirus şirkəti kibercasusluq üçün istifadə edilən “InvisiMole” adlı zərərli proqram aşkarlayıb. Zərərli proqram antivirus proqramlarından 2013-cü ildən uğurla yayınıb.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, şirkətin məlumatına görə, “InvisiMole” hücum edənlər üçün yoluxdurulmuş qurğuya məsafədən çıxış açır, qurbanın hərəkətlərini izləməyə və məxfi məlumatları ələ keçirməyə imkan verir. “ESET” telemetriyasının məlumatına görə, “InvisiMole” virusundan istifadə edən kiberqrup 2013-cü ildən fəaliyyət göstərir. Buna baxmayaraq zərərli proqram öyrənilməyib və Rusiya və Ukraynada yoluxdurulmuş kompüterlərdə “ESET” məhsulları tərəfindən aşkarlananadək müəyyənləşdirilməyib.
Analitiklərin fikrincə, “InvisiMole” virusu hakerlər tərəfindən yalnız yüksəksəviyyəli obyektlərə (onlarla qurğuya) qarşı məqsədli hücumlar üçün tətbiq edilib ki, bu da ona 5 il ərzində aşkarlanmaqdan yayınmağa imkan verib.
Şirkət mütəxəssisləri, həmçinin zərərli proqram təminatının quruluşu barədə məlumat veriblər. Onların qənaətinə görə, “InvisiMole” modullu arxitekturaya malikdir. Yoluxma modifikasiya edilmiş “DLL” (dynamic link library) dinamik qoşulma proqramlarından başladıqdan sonra qurban haqqında informasiya toplayan iki “RC2FM” və “RC2CL” modulu cəlb olunur. Məsələn, birinci modul məsafədən mikrofonu qoşa, səsi yaza, ekranın şəkillərini çəkə, quraşdırılmış və kənar disklərdə faylların siyahısını yarada, eləcə də yığılmış məlumatı öz operatorlarına ötürə bilir. İkinci modul sistem və şəbəkə informasiyasını, fərdi kompüterdə quraşdırılmış və istifadə edilən proqramların, yenicə açılan sənədlərin və digər diqqət cəlb edən faylların siyahısını toplayır və ötürür.
Hazırda hakerlər tərəfindən qurbanların kompüterlərinin virusa hansı üsulla yoluxdurulması müəyyənləşdirilməyib. “InvisiMole” virusunun hakerlər tərəfindən onları maraqlandıran kompüterə fiziki çıxış əldə etməklə əllə quraşdırılması ehtimal olunur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Kanada alimləri gözəgörünməz plaş ixtira ediblər
20.07.2018
Dünyanın ən nüfuzlu gəncləri məlum olub
20.07.2018
“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub
20.07.2018
Yanıqda ilk müdaxilə necə olmalıdır?
20.07.2018
Orta Şərqdə ən böyük neft-kimya kompleksi Misirdə tikiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info