Özəlləşdirilən dövlət əmlakları biznes layihələrinin reallaşmasını mümkün edir
Tarix: 20.06.2018 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə keçirilən hərraclarda elektron
üsulların tətbiqi investorların bu sahəyə marağını artırır. Hərraca çıxarılan dövlət
əmlaklarının iqtisadi cəhətdən müxtəlif sahələrə aid olması isə iştirakçılara geniş seçim
imkanı verməklə arzuladıqları biznes layihələrini reallaşdırmalarına şərait yaradır. Bu da
ölkədə özəl sektorun inkişafına dəstək olur.
Komitə tərəfindən keçirilən növbəti belə hərrac 20 iyun tarixində baş tutdu. Rəqabətli
keçən hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirildi. Bunlardan 3-ü kiçik dövlət
müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış
sahəsidir.
Kiçik dövlət müəssisə və obyektləri Gəncə şəhərində, Yardımlı və Beyləqan
rayonlarında, qeyri-yaşayış sahələrinin 1-i Sumqayıt şəhərində olmaqla digərləri Bakının
Suraxanı, Sabunçu, Nəsimi, Nərimanov, Qaradağ və Xətai rayonlarında yerləşir.
Ümumi faydalı sahəsi 647 kv.m olan Yardımlı şəhərində yerləşən Əmlak kompleksi
investor tərəfindən 32 min 500 manat ödəməklə özəlləşdirildi. Bu əmlak gələcəkdə
sahibinə müxtəlif iqtisadi sahələrdə yüksək gəlir qazandıra biləcək. Hərracda özəlləşdirilən
digər kiçik dövlət müəssisəsi isə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 32 saylı
mağazadır. Sahibkar ümumi faydalı sahəsi 47 kv.m olan bu obyekti yenidən quraraq
pərakəndə satış prosesini həyata keçirə bilər. Ümumi faydalı sahəsi 126 kv.m olan
Beyləqan şəhərində yerləşən 7 saylı xırda topdansatış müəssisəsi sifarişçi tərəfindən 4
min manat ödənilməklə özəlləşdirildi. Belə müəssisələr iqtisadiyyatın müxtəlif sahələrində,
o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrində fəaliyyətə cəlb
oluna bilər.
Özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12 kv.m-419 kv.m
aralığındadır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümümi
faydalı sahəsi 419 kv.m olan qeyri-yaşayış sahəsi 210 min manata özəlləşdirildi. Qeyd
edək ki, bu əmlak gələcəkdə ofis, xidmət və digər sahələrdə gəlirli obyekt kimi istifadə
edilə bilər.
Hərracda sahibini tapan nəqliyyat vasitələri arasında Almaniya, Rusiya, İtaliya istehsalı
olan avtomobillər üstünlük təşkil edir. Bunlardan BMW, Fiat kimi avtomobilləri qeyd etmək
olar. Həmin maşınların buraxılış tarixi 2003-2008 illəri əhatə edir. Bu avtomobillərdən ikisi
satışda rəqabətli mühit yaradıb. Belə ki, alıcılar arasında olan yüksək maraq və rəqabət
nəticəsində ilkin qiyməti 2 min manata qədər olan QAZ 31105 və VAZ 21213 markalı
avtomobillərin qiyməti 2 dəfədən çox artaraq hər biri 4 min 700 manata satıldı.
Keçirilən hərracın nəticələri ilə ətraflı tanış olmaq üçün komitənin rəsmi saytı olan
emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə
fotoşəkillər və məlumatlar mövcuddur. Hərracların elanı, gedişatı və nəticələri barədə
informasiyalar komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial
şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə ötürülür.
Qeyd edək ki, Komitə tərəfindən növbəti hərrac 27 iyun tarixində keçiriləcək. Prosesə
investorları cəlb edə biləcək 114 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar
cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə
nəqliyyat vasitəsidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info