Erkən nikahlarla bağlı regionlarda tədbirlər keçirilir
Tarix: 20.06.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili, sosial çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” layihəsinin icrasına başlamışdır. Maarifləndirmə, sosial aksiya, sosial reklam və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Beyləqan, Masallı, Şabran və Qobustan rayonlarını əhatə edir.

4 (dörd) ay davam edəcək fəaliyyətlərə ilk olaraq regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid sosioloji sorğuların və monitorinqin aparılması, bölgələrdə aidiyyətli yerli hakimiyyət strukturları təmsilçilərinin, təhsil, səhiyyə, gənclər, ədliyyə, hüquq-mühafizə orqanları və fəal gənclər ictimaiyyəti nümayəndələrinin, ailə, ağsaqqal, din institutu üzvlərinin, KİV və ictimai fəalların iştirakı ilə məlumatlandırıcı, təbliğati seminarın təşkili, sosial şəbəkələrdə, KİV və sosial mediada PR kampaniyalarının aparılması və virtual ictimai debatların təşkili daxildir. Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların əks olacağı “Erkən nikahlar: maarifləndirmə və ictimai qınaq” adlı kitabçanın nəşri və yayıımı və 2 formatda sosial çarxların çəkilməsi da nəzərdə tutulur.

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

Növbəti regional maarifləndirici seminar 40-a yaxın rayon ictimaiyyətinin, fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə “Masallı” Otelin zalında keçirildi. Seminarı açıq elan edən layihənin rəhbəri – ADTGT sədri Asif Əsgərli layihənin məqsədini, fəaliyyət istiqamətini və region gənclərinə yönələcək maarifləndirici təsirini və bu işin davamlılığını qeyd etdi və layihəyə dəstəyə görə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirdi.
Seminarın açılışında Masallı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, rayon İH yeniyetmələrlə iş üzrə komissiyanın katibi Vafiq Xəlilov, rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və rayon polis şöbəsinin azyaşlılarla iş üzrə baş inspektoru Miryəhya Bədirov iştirak edib, tədbirin əhəmiyyətini yüksək qiymətləndirdilər.
Seminarda iştirak edən Masallı rayon təhsil, səhiyyə və digər strukturların əməkdaşları da mövzu ətrafında öz fikir və rəylərini bildirdilər. Seminar tədbir iştirakçılarının interaktiv müzakirələri davam etdi və sonda iştirakçılara çap olunan kitabça və digər materiallar da təqdim olundu.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info