“Gunes.com”: “TANAP yeni biznes imkanları yaratdı”
Tarix: 20.06.2018 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Enerjihaber.com”:
“TANAP ilk qazını 30 iyunda təslim edəcək”

Trans-Anadolu (TANAP) Təbii qaz Boru Kəmərinin istifadəyə verilməsi münasibətilə Türkiyənin Eskişehir şəhərində təşkil olunan təntənəli açılış mərasimi qonşu ölkənin KİV-lərində geniş işıqlandırılır. Türkiyənin müxtəlif mediasında yer alan məqalələrdə, əsasən, TANAP-ın tarixi, açılışı, əhəmiyyəti ilə bağlı fikirlər öz əksini tapıb. Bu istiqamətdə yazılar hazırda da davam edir.
Belə yazılardan biri “Enerjihaber.com” saytında “TANAP ilk qazını 30 iyunda təslim edəcək” başlığı ilə dərc edilib. TANAP-ın baş direktoru Saltuk Düzyol layihənin torpaq hissəsinin, demək olar ki, tamamlandığını və Avropaya gedəcək “Faza-1”-in 80,7 faiz ilə tamamlandığını bildirib: “30 iyun tarixində ticari qaz nəqlinə başlamağı planlaşdırırıq".
S.Düzyol layihənin dəyərinin ilk olaraq 11,7 milyard dollar səviyyəsində qiymətləndirildiyini deyib. Layihə tərəfdaşlarının beynəlxalq maliyyə qurumlarından 3,75 milyard dollar kredit aldıqlarını və Avropa Birliyinin 10,2 milyon dollar bağışladığını da qeyd edib.
TANAP-ın baş direktoru layihədə istifadə edilən boruların altı türk istehsalçı tərəfindən təmin edildiyini bildirib. O qeyd edib ki, layihədə istifadə edilən boru kəmərlərinin 80 faizi türk təchizatçılarından alınıb, 20 faizi isə Çindən idxal edilib.
“Gunes.com” saytında isə “TANAP marşrut boyunca bölgə əhalisinə dəstək olacaq” məqaləsində nəhəng layihənin əhəmiyyətindən bəhs edilib. Burada qeyd edilir ki, Türkiyənin təbii qaz təhlükəsizliyinin artırılması ilə yanaşı, bölgənin enerji təhlükəsizliyi və sabitliyini təmin edəcək TANAP, həmçinin ərazi boyunca xalqın da inkişafına təkan verəcək. Azərbaycanın “Şahdəniz-2” təbii qaz sahəsində istehsal edilən qazı Türkiyəyə və sonra Avropaya daşımaq məqsədi ilə inşa edilən və Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli hissəsini təşkil edən TANAP, bir çox layihəyə dəstək verərək bölgədəki əhaliyə kömək olur. “Enerjinin İpək Yolu” kimi tanınan TANAP, son 20 ildə təxminən 13 min adamın məşğulluq imkanını təmin edib. Çox sayda sənaye və kommersiya müəssisəsinə, ilk növbədə kiçik və orta müəssisələrə yeni biznes imkanları təmin edib. Layihə çərçivəsində 28 min hissə ərazi sənədləşdirilib.
Bu baxımdan, birbaşa yatırımlar üçün ümumilikdə 13.5 milyon TL büdcə vəsaiti ayrılıb. 430 layihəyə 70 milyon TL-dən çox maliyyə dəstəyi verilib. Bir çox investisiya, ətraf mühit və infrastruktur layihəsinə təxminən 55 milyon TL dəstək verilir. Marşrut boyunca aparılan ətraflı sahə işləri əsnasında 154 yeni arxeoloji qazıntı sahəsi təsbit edilib, həssas növlərin və yaşayış sahələrinin təsirə məruz qalmaması üçün tədbirlər alınıb.

Ətraf mühitə hörmət

Ətraf mühit və sosial sahəyə təsirin qiymətləndirilməsi (ƏMSSTQ) hesabatı çərçivəsində ekoloji tədqiqatlarda boru kəməri marşrutunda, torpaq və suda yaşayan heyvan və bitki növləri müəyyənləşdirilərək beynəlxalq meyarlara uyğun təsnifatlandırılıb.
Eləcə də TANAP-ın dənizdəki tikinti işlərinin yol aça biləcəyi mənfi təsirləri aradan qaldırmaq üçün "Balıqçılıq gəlir itkisinin qarşısının alınması planı" qəbul edilib. Kiçikmiqyaslı sahil balıqçılığı ilə məşğul olan qayıqlara mazut dəstəyi verilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info