“Bakcell” sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib
Tarix: 20.06.2018 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti növbəti dəfə nüfuzlu beynəlxalq “Socially Devoted” sertifikatı ilə təltif olunub. Xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycandakı şirkətlərin “Facebook” şəbəkəsində 2018-ci ilin birinci rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib. Həmin monitorinqin nəticələrinə əsasən, “Bakcell” şirkəti 2018-ci ilin yanvar ayından mart ayına qədər olan müddət ərzində özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100 faizini cavablandırıb. Qeyd edək ki, 2017-ci ildə “Bakcell” dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir. Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir. Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır. “Bakcell” abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların rekord həddə 100 faiz cavablandırılmasını təmin edən “Facebook” səhifəsinə müraciət edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Ermənilər atəşkəsi 96 dəfə pozub
15.07.2018
Tohid İbrahimbəyli İranda dini təhsil alan şəxslərin iştirakı ilə “Hüseyniyyun“ (Hüseynçilər) adlı silahlı dəstə yaradıb
15.07.2018
Fransa millisi ikinci dəfə dünya çempionu adını qazanıb
15.07.2018
Ermənistan silahlı bölmələri atəşkəsi 87 dəfə pozub
14.07.2018
Prezident İlham Əliyev Fransaya rəsmi səfər edəcək

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info