“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
Tarix: 21.06.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılış tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar. Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisinə baxış olub. Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinova hədiyyə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək deyib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Ali Məclisin Sədri Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsini tarixi hadisə adlandıraraq deyib: Beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir”. Qeyd olunub ki, Naxçıvan artıq orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. On beşinci əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. On səkkizinci əsrdə Naxçıvan xanlığı dövründə də bu torpaqda İslam dəyərləri yaşadılıb, tarixi-mədəni irs davam və inkişaf etdirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan İslam mədəniyyətin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb. Ali Məclisin Sədri “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” tədbirlərini açıq elan edib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək deyib ki, İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir: “Azərbaycanın bu gözəl guşəsində olmağımızdan məmnunluq duyuruq. Buradan bütün dünyaya çatdırmaq istəyirik ki, İslamın terrorizmlə eyniləşdirilməsi qəbuledilməzdir”. Mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib ki, tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb: “Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcud olması və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
18.11.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
18.11.2018
XİN: Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaqdır
17.11.2018
Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir
17.11.2018
Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info