“Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir”
Tarix: 20.06.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib. Nazir Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi qüllədəki tədris sinfinə gəlib. “Mexanikləşdirilmiş taqım hücumda” mövzusundakı üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar taqım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər. Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib. Təlim nöqtələrində snayperlər hədəfin aşkarlanması, atəş mövqeyinin tutulması, maskalanma, sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri icra edir, həmçinin snayper sənətinin nəzəri əsaslarını öyrənirlər. Müdafiə naziri motoatıcı, tank və artilleriya bölmələrinin hazırlığını da izləyib. Məşğələlərə cəlb edilmiş şəxsi heyət atəş, taktiki, taktiki-xüsusi hazırlıq, döyüş maşınlarının idarə olunması və digər tapşırıqları yerinə yetirib. Təlim məşqlərin sonunda general-polkovnik Z.Həsənov poliqona dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Daha sonra nazir hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını da cavablandırıb. Nazir deyib ki, Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir. Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu hərbi əməliyyat keçirilib: “Neytral torpaq anlayışı yoxdur. Sahibsiz torpaq da yoxdur. Bu ərazilər bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur”. Kütləvi informasiya vasitələrinin nümayəndələri əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmağa çağıran müdafiə naziri deyib ki, düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır: “Lakin onlar bunda da bizə uduzurlar. Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi. Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir. Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
14.07.2018
“Gəncədə xaricdən idarə olunan azsaylı radikal dini qrup var“
14.07.2018
Gəncədə cinayət törədənlər cəzasız qalmayacaqlar
14.07.2018
Azərbaycan xalqı heç zaman pozucu qüvvələrin arxasınca getməyib və getməyəcək
14.07.2018
Gəncədə iğtişaş törədən cinayətkarlar layiqli cəzalarını alacaqlar
14.07.2018
“Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı“

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info