“Rusiya 2018”: İspaniya İranı çətinliklə məğlub etdi
Tarix: 21.06.2018 | Saat: 01:46:00 | E-mail | Çapa göndər



İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün sonuncu görüşündə “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Kazan Arena”da keçirilən oyunda İspaniya yığması minimal hesabla qalib gəlib. Oyunda yeganə qol matçın 54-ci dəqiqəsində vurulub. İspaniyalıların hücumu zamanı Dieqo Kosta adını tabloya yazdırıb - 1:0. Bu, Dieqo Kostanın mundialda üçüncü qolu olub.
Qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan iranlılar bir neçə təhlükəli vəziyyət yaradıblar. Qarşılaşmanın 62-ci dəqiqəsində İran millisi standart vəziyyətdən qol vursa da, hakim VAR sistemindən istifadə edərək həmin epizodda oyundan kənar vəziyyətin olduğuna qərar verib və qolu hesaba almayıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb və İspaniya millisi dünya çempionatında ilk qələbəsini qazanıb.

“B” qrupunda ilk turda İspaniya - Portuqaliya görüşü heç-heçə (3:3) başa çatmış, İran isə Mərakeşi minimal hesabla məğlub etmişdi. İkinci turda Portuqaliya Mərakeşi, İspaniya isə İranı eyni hesabla (1:0) məğlubiyyətə uğratdıqlarından hər ikisinin 4 xalı olan Pireney təmsilçilərinin top fərqləri (4:3) də eynidir. Buna görə də bu qrupun lideri üçüncü turdan sonra müəyyənləşəcək.
İran millisi İspaniyaya məğlub olsa da, qrupdan çıxmaq şansını hələ də saxlayır. Bunun üçün iranlılar Portuqaliya yığmasına qalib gəlməlidirlər. İki görüşdə məğlub olan Mərakeş yığmasının növbəti mərhələyə yüksəlmək şansı qalmayıb.
İyunun 25-də keçiriləcək sonuncu turda “B” qrupunda İspaniya-Mərakeş, Portuqaliya-İran görüşləri oynanılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Azərbaycan klubları Avropa Liqasında mübarizəni dayandırıb
18.07.2018
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
18.07.2018
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib
17.07.2018
“Forbes” məşhurların qazancını açıqlayıb
16.07.2018
Azərbaycan cüdoçuları Almaniyada Avropa kubokunun qalibi oldular

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info