Nazir: “Bir neçə gündən sonra 500-dən çox zabitimiz mənzillərlə təmin olunacaq”
Tarix: 21.06.2018 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


İyunun 21-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının 2018-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Mərasimdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimlərə və onların valideynlərinə təbriklərini çatdırıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu vurğulayan nazir qeyd edib: “Ordumuzun gücünü artıran əsas amillərdən biri də savadlı və bacarıqlı zabitlərin olmasıdır. Prezident, Ali Baş Komandan İlham Əliyev zabitlərimizə xüsusi qayğı göstərir. Bu qayğının nəticəsidir ki, bir neçə gündən sonra 500-dən çox zabitimiz mənzillərlə təmin olunacaq”.
Zakir Həsənov bildirib ki, hərbi qulluqçularımız öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Aprel döyüşləri və bir müddət əvvəl Naxçıvanda həyata keçirilən əməliyyatlar onu göstərdi ki, Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir.
Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonda kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info