Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”
Tarix: 21.06.2018 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Ukraynanın "Rada" televiziya kanalı Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə Ukrayna Milli Televiziyası tərəfindən çəkilmiş “Heydər Əliyev: Liderlik dərsi” sənədli filmini yayımlayıb.
Trend-in məlumatına görə, film efirə getməmişdən öncə televiziya kanalının qonağı olan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 25 il bundan öncə ölkəmizdə baş verən mürəkkəb ictimai, siyasi proseslərdən bəhs edib. Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və dəmir iradəsi nəticəsində respublikamızın düçar olduğu bəlalardan xilas olunduğunu diqqətə çatdırıb.
Ulu Öndərin 10 illik hakimiyyəti illərində Azərbaycanın inkişaf edərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutduğunu bildirən diplomat 2-ci dəfə hakimiyyətə gəlişi ilə xalqımızın milli xilaskarına çevrilmiş dahi Heydər Əliyevin ideologiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb.
Sonra nüfuzlu televiziya kanalı “Heydər Əliyev: Liderlik dərsi” sənədli filmini Ukrayna ictimaiyyətinə təqdim edib.
Ukraynanın əməkdar jurnalisti Sergey Sivolap və yazıçı-publisist, professor Əlibala Məhərrəmzadənin ssenarisi əsasında çəkilmiş sənədli filmdə Heydər Əliyevin zəngin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndərin misilsiz xidmətləri tarixi faktlarla geniş tamaşaçı auditoriyasına təqdim olunub. Filimdə Ukraynanın 1-ci prezidenti Leonid Kravçuk, 2-ci prezidenti Leonid Kuçma və dost ölkənin tanınmış ictimai-siyasi xadimləri, zəngin həyat fəlsəfəsi ilə bəşər tarixinin müdriklik salnaməsinə əbədi imza atmış Ulu Öndər Heydər Əliyevi XX və XI əsrin siyasi liderlik dərsinin kamil müəllimi kimi xarakterizə ediblər. Onun siyasi ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Filmdə Heydər Əliyevin Çernobıl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq Ukrayna xalqına göstərdiyi köməkliyi fəxarət hissi ilə xatırlayan Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik o zaman faciə bölgəsindən 8 yüz min qadının və uşağın təhlükəsiz bölgələrə köcürülməsini təmin etmiş Heydər Əliyevi Ukrayna xalqının gələcək genefondunun xilaskarlarından biri adlandırıb.
Filmin redaktoru Möhsüm Aslanov, rejissoru Georgi Spasokukotski, prodüsseri isə Anar Tahirovdur.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info