Ev heyvanlarına aid qacetlərdən istifadə nəyə səbəb ola bilər
Tarix: 21.06.2018 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


“Kaspersky Lab”ın tədqiqatına* əsasən, orta hesabla ev heyvanları saxlayanların hər beşincisi heyvanların qayğısına qalmağına dair elektron qacet istifadəçisidir. Bu, veb-kameralar, avtomatik yem qutuları və təknələr, elektron oyuncaqlar, smartfon və planşetlər üçün oyunlar, akvariumlar üçün temperatur sensorları və s. ola bilər. Bununla belə, respondentlərin yarısı sözügedən avadanlıqlardan istifadə zamanı hər hansı problemlə rastlaşdıqlarını etiraf ediblər. Bundan başqa, sorğu iştirakçılarının 35%-i bildirib ki, qacetlərdən istifadə ev heyvanları və ya özlərinə müəyyən risklər yaradıb.

Elektron avadanlığın yanlış işləməsi nəticəsində əksər hallarda (34%) heyvanların sağlamlığını təhlükə altında olub. Praktik olaraq hər dördüncü hadisə (23%) zamanı heyvanın həyatı, hər beşinci hadisə (18%) zamanı isə onun emosional vəziyyəti riskə məruz qalıb. Bununla yanaşı, respondentlərin üçdə bi hissəsi (31%) bildirib ki, qacetlərlə bağlı xoşagəlməz hallar onlara və ya onların yaxınlarına stress yaşadıb.

Tədqiqat zamanı həmçinin məlum olub ki, ev heyvanları üçün nəzərdə tutulmuş avadanlıqların 37%-nin internetə çıxışı var və bu, onları müxtəlif kiberhücumlar qarşısında həssas edir. Sorğu iştirakçılarının 12%-i bu cür qacetlərin sındırılması ilə qarşılaşdığını etiraf edib.

“Texnologiyalar nəinki bizim, hətta əhilləşdirdiyimizlərin də həyatını daha sadə və rahat edir. Müasir qacetlər ev heyvanlarını qorumağa, onlara qayğı gəstərməyə və komfortlu mühit yaratmağa kömək edir. Lakin bilmək vacibdir ki, istənilən elektron qurğu rahatlıqla yanaşı müəyyən risklər də gətirir: qacet sıradan çıxa bilər və ya cinayətkarlar onu sındıra bilərlər. Bu səbəbdən onu almamışdan öncə rəqəmsal təhlükəsizliyi düşünmək gərəkdir”, - deyə “Kaspersky Lab”ın antiviruslar üzrə eksperti Denis Makruşin bildirib.

Ev heyvanları və onların sahiblərinə əsl rahat və təhlükəsiz rəqəmsal mühit yaratmaq üçün “Kaspersky Lab”ın ekspertləri sadə qaydalara riayət etməyi məsləhət görürlər:

• qaceti almamışdan öncə onun təhlükəsizlik səviyyəsinə diqqət yetirin – internetdə bazarda populyar olan devayslarda aşkar və təshih edilmiş boşluqlar haqqında məlumat əldə etmək mümkündür;
• avadanlığı işə salmamışdan qabaq istehsalçı tərəfindən tətbiq edilən parolu daha etibarlısı ilə əvəzləyin;
• avadanlığa lokal şəbəkədən xaric qoşulmalara qadağa qoyun;
• qacetdə istifadə etmədiyiniz bütün şəbəkə xidmətlərini dayandırın;
• proqram təminatını mümtəzəm olaraq yeniləyin (yeniləmələri yalnız rəsmi mənbələrdən yükləyin).

* 2018-ci ilin may-iyun aylarında aparılan tədqiqatda 15 ölkədən 7 740 nəfər iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018
“Bakcell”in 4G xidməti ölkənin 30-dan çox bölgəsində
17.07.2018
“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb
17.07.2018
“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb
17.07.2018
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9641

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info