Azərbaycan klassik musiqisi ilk dəfə uzaq Nigeriyada
Tarix: 21.06.2018 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə bu ölkənin əsas mədəniyyət mərkəzi və böyük şəhəri Laqosda Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “İpək yolu” adlı Azərbaycan gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bayramovanın təşkilatçılığı ilə gerçəkləşən bu tədbir ölkəmizin mədəniyyətinin Nigeriyada təbliği baxımından ilk tarixi hadisədir. Tədbir həm də uzaq Nigeriyada musiqimizin və mədəniyyətimizin ilk dəfə geniş kütləyə təqdimi ilə yadda qalıb.
Laqosun Muson Musiqi Mərkəzində keçirilən mərasimdə bu ölkədə fəaliyyət göstərən 30-dan çox konsulluq və səfirliyin rəsmiləri iştirak ediblər. İtaliya, Polşa, Albaniya, Fransa, Mərakeş, Qana və digər dövlətlərdən 350-dən çox tamaşaçının iştirak etdiyi tədbirdə Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət göstərən pianoçu Səidə Zülfüqarovanın, tenor Josef Oparamanukinin və alban əsilli İsveçrə vətəndaşı, soprano Teuta Nikolet-dit Feliksin klassik və xalq mahnılarımızı, eləcə də əcnəbi musiqiçilərin əsərlərini məharətlə ifa etmələri hamının zövqünü oxşayıb. Gecədə tarzən Sahib Paşazadə və Səidə Zülfüqarova Azərbaycan bəstəkarlarının əsərləri və muğam parçalarından ibarət musiqi nömrələri təqdim ediblər. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Həsən Rzayev, Vasif Adıgözəlov və Fərhad Bədəlbəylinin əsərləri, “Çahargah” və “Segah” muğamlarından parçalar, Avropa bəstəkarlarından nümunələr alqışlarla qarşılanıb.
Əməkdar Artist Sahib Paşazadə səfər təəssüratlarını bölüşərkən “İpək yolu” adlı Azərbaycan gecəsinin möhtəşəmliyini vurğulayıb. “Tədbirdən sonra Azərbaycan mətbəxinin nümunələri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən nümunələr və şirniyyatlarımız qonaqlara təqdim edildi. Bu tədbirin təkcə Nigeriyada deyil, orada iştirak edən digər dövlətlərin təmsilçilərinə də Azərbaycan tarixinin təbliği baxımından faydalı olduğunu desəm, yəqin yanılmaram. Cümhuriyyətimizin 100 illiyi, habelə tədbir çərçivəsində mədəniyyət və incəsənət nümunələrimizin nümayişi ölkəmizin qədim tarixə malik olduğunu göstərməklə yanaşı, maddi-mədəni irsimizin dünyada təbliği baxımından da böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan musiqisi isə öz əsrarəngizliyi ilə Nigeriya dinləyicilərini heyran etdi. Növbəti gün bu ölkənin rəsmiləri üçün ikinci konsert proqramı ilə çıxış etməyə dəvət olunduq. Tamaşaçılar musiqimizi böyük maraqla dinlədilər. Səfər təəssüratlarım xoş anlarla yadda qaldı”, - deyə Sahib Paşazadə bildirib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş foto və videomateriallardan ibarət sərgi də nümayiş etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“Kimlər gəldi, kimlər getdi”
16.07.2018
Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir
15.07.2018
Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
15.07.2018
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15.07.2018
Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info