İdeal qarderobu necə təşkil etməli?
Tarix: 21.06.2018 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Bu günlərdə “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion Club”-ın növbəti tədbiri keçirilib. Klubun təşkilatçısı Lyubov Quturova Poyraz, koordinasiyaçı Rinara Şəmsiyeva qonaqları açıq hovuzun kənarında toplayaraq açıq havada moda ilə bağlı müzakirələr aparmaq üçün şərait yaradıblar. Bakının yay axşamında “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusu klub üzvləri arasında ətraflı müzakirə olunub.
“Baku Fashion Club” yarandığı gündən öz ətrafında moda sahəsinin peşəkarlarını, ekspertlərini və həvəskarlarını toplayaraq daim müxtəlif mövzularda müzakirələr aparır. Tədbirin ənənəvi olaraq canlı yayım edilməsi tədbirə gələ bilməyənlərə uzaq məsafədən çıxışçılara qulaq asmaq imkanı verir. Qeyd edək ki, müzakirə olunan mövzu öz aktuallığına görə bütün dövrlər üçün çox mühümdür. Stilist və geyim alışı üzrə məsləhətçi Səbibə Əsəd qeyd edib ki, geyim seçimində ən çətin vəziyyət dolu qarderobun qarşısında dayanaraq uyğun geyimi tapa bilməməkdir. Səbinə Əsəd çıxışında ideal qarderobun necə olması və nədən təşkil edilməsi haqda ətraflı məlumat verib.
Bloqqer Aysel Mirzəyeva çıxışını işgüzar stilin və görünüşün yaradılması mövzunda edib. Aysel Mirziyeva qeyd edib ki, müsahibələrə və ya işgüzar görüşlərə getdikdə nə geyinilməsi haqda hər birimiz düşünmüşük. Qarderoba diqqətlə yanaşdıqda, geyimlər düzgün seçildikdə və əvvəlcədən geyimlərin imkanlarını düşündükdə, qarderob dolu olmadığı halda belə yeni görünüş ilə trenddə olmaq mümkündür.
Bloqqer Nigar Kərimova çıxışında qeyd etdi ki, rənglər düzgün seçilmədikdə ən gözəl qarderob belə görkəmsiz görünə bilər. Geyim rənglərinin düzgün uyğunlaşdırılması ilk dəfə olduğunuz yerdə qısa müddət ərzində düzgün təəssüratın, işgüzar əlaqələrin yaradılmasında, və gələcək işlərin gedişatında mühüm rol oynayır. İdeal qarderobun seçimi o qədər də çətin deyil. Rəqəmsal texnologiyalar əsrində internet resursların geniş imkanlarından istifadə edərək, evdən çıxmadan ideal görkəmi yaratmaq mümkündür.
Geyim istehsalı ilə məşğul olan “Tom Still” Azərbaycan brendinin nümayəndəsi Emiliya Sadıxova bildirib ki, fotosessiyalara hazırlaşdıqda, onlar düzgün görünüş modellərini yaratmağa çalışırlar və müştərilər bu geyim obrazlarından istifadə edə bilərlər. Bununla da ideal qarderobun yaradılması yolunu qısa etmək olar.
Həmçinin, çıxışçılar iştirakçıların və canlı yayımda izləyənlərin suallarını cavablandırıblar.




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Bakı şəhərinin baş planı hazırlanır
17.07.2018
Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlarda təqdim olunub
17.07.2018
“Duz” gölündə ekoloji təmizlik təmin edilir
17.07.2018
Məcburi köçkünlərlə növbəti görüş olub
17.07.2018
Əflatun Amaşovun Vikipediya səhifəsi yaradıldı

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9641

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info