“Həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur”
Tarix: 22.06.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan
Brüsseldə səfərdə olarkən Qarabağ mövzusunda da müzakirə aparılıb. Belə ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Z.Mnatsakanyanla keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir. O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini müzakirə ediblər: “Bütün qətiyyətimizlə prosesləri töhfə verməyə davam edəcəyik”.

Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu jurnalistlərlə görüşü zamanı deyib ki, Dağlıq Qarabağ tənzimlənməsində həmsədrlərin iştirakı ilə yeni mərhələnin başlandığını konstatasiya etmək olar: “Həmsədrlər Ermənistan rəhbərliyinin heç bir tənqidə dözməyən, savadsız, reallıqdan uzaq yanaşmalarına dözmək fikrində deyillər. Onların Ermənistana bir günlük səfəri üç günlük oldu. Bu, əyani sübutdur. Yaydıqları bəyanat belə deməyə əsas verir”.
O bildirib ki, həmsədrlərin Azərbaycanın danışıqlara hazırlığına heç bir şübhələri yoxdur: “Həmsədrlər Yenilənmiş Madrid Prinsipləri əsasında hazırladıqları tənzimlənmə variantını Ermənistan qarşısında müdafiə etməyə iradəlidirlər. Bu kontekstdə əsas məsələ həmsədrlərin Azərbaycan Ordusunun tənzimlənmə prosesinə yardım etmək imkanına müraciətinin vaxtı diqqəti çəkir. Konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil. Həmsədrlərin İrəvana son səfərini xarakterizə edən ən mühüm məsələlərdən biri konstruktiv mühitlə bağlı mübahisəyə son qoymalarıdır. Ermənistan tərəfi atəşkəs rejiminin tez-tez pozulmasını bəhanə edərək danışıqlar üçün konstruktiv mühitin olmadığını bildirirdilər. Ermənistanın yeni rəhbərliyinin fikrincə, əvvəlcə danışıqlara konstruktiv mühit yaradılmalı, sonra isə danışıqlar bərpa edilməlidir. Ermənistan tərəfi danışıqlara konstruktiv mühitin yaradılması dedikdə təmas xəttində və dövlət sərhədində heç bir atəşin açılmamasını, qoşunların təmas xəttində monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını nəzərdə tuturlar. Ermənistan monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını ATƏT-in büdcəsi üçün bahalı məsələ olduğunu bilir və ATƏT-in ziyana düşməsini arzulayır. Bu məsələnin həm ATƏT-in həm də Ermənistanın dövlət büdcəsinə faydalı həll variantını isə Ermənistanın yeni rəhbərliyi inkar edir”.

“Azərbaycan və həmsədrlərin fikrincə, qoşunların təmas xəttində gərginlik yoxdur”

Politoloq xatırladıb ki, Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxaracağı təqdirdə atəş də açılmayacaq, ölən də olmayacaq. Nəticədə Ermənistan dövlət büdcəsi Azərbaycanın işğal olunmuş ərazilərində qoşun saxlamağın xərcindən azad olacaq, ATƏT-in büdcəsi də monitorinq mexanizminə vəsait axtarmayacaq: “Azərbaycan XİN rəhbəri E.Məmmədyarovun həmsədrlərlə sonuncu Paris görüşündə müzakirə olunan məsələlərdən biri də qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması idi. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşik məlumat verdi. Azərbaycan və həmsədrlərin fikrincə, qoşunların təmas xəttində gərginlik yoxdur və bu danışıqlara konstruktiv mühit yaradır. Həmsədrlər Ermənistana səfərin yekunlarına dair bəyanatda konstruktiv mühitin yaradılmasından deyil, saxlanılmasından danışırlar. Qeyd edək ki, konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil. Həmsədrlər Ermənistana gəlməzdən əvvəl Ermənistan rəsmilərinə həmsədrlərin adından danışmağı qadağan etdi”.
Politoloqun fikrincə, həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur: “Ermənistanı danışıqlarda kim təmsil edəcək və buna uyğun Azərbaycanı danışıqlarda kim təmsil edəcək? Həmsədrlər yaydığı bəyanatda danışıqların statusunu ilk məsələ kimi qoymuşdular. Görünür, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşündə ilk razılaşdırılan məsələ bu olacaq. Ermənistanın Dağlıq Qarabağ danışıqlarında ən yaxşı təmsilçisi indiki halda prezident Armen Sarkisyandır. Konstitusiyaya görə, o, dövlətin başçısıdır. Amma onun səlahiyyətlərində məhdudiyyətlər var. Ona görə Ermənistan hökuməti danışıqları aparmaq üçün lazım olan bütün səlahiyyətlərin prezident Armen Sarkisyana verilməsi ilə bağlı qərar qəbul edir və bu qərarı parlament təsdiq edir. Bundan sonra Ermənistan prezidenti Azərbaycan Prezidenti ilə danışıqlar aparmaq hüququ əldə edir. Digər variant baş nazirlər arasında danışıqların aparılmasıdır. Paşinyanın konstitusiyaya görə belə səlahiyyəti var. Azərbaycan baş nazirinin də belə hüququ var. Prezident İlham Əliyev əlavə qərar qəbul etməklə Baş nazirin səlahiyyətlərini daha da təkmilləşdirə bilər. Azərbaycanın Baş naziri təkcə Azərbaycanda deyil, eləcə də Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsinin gedişini ən yaxşı bilən azsaylı şəxslərdən biridir. Ermənistanın rəsmi təmsilçilərində bu məsələdə Azərbaycanın Baş nazirinə rəqabət yarada biləcək şəxs yoxdur”.
M. Əhmədoğlu düşünür ki, üçüncü format çoxsaylı dəyişikliklərə daha bir dəyişiklik əlavə etməklə yaradıla bilər: “Ermənistan-Azərbaycan dövlət sərhədinin Gorus-Laçın hissəsində yarısı Ermənistanın, qalan yarısı Azərbaycanın ərazisində olmaqla “Sülh evi” tikilir. Hər iki tərəfdən tənzimlənməyə məsul şəxslər təyin olunur. Bu rəsmilər vaxtaşırı işçi qrupunun iclasını təşkil edir. Dördüncü variant da mümkündür. Ermənistanın baş nazirinin danışıqlar formatına yeni iddiaları və prezident Armen Sarkisyanın danışıqlardan imtinası fonunda Azərbaycan və Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna şərait yaradırlar. Ermənistanın baş naziri Paşinyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə may ayındakı görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyəti təmsilçilərinin danışıqlar prosesinə cəlb olunmasında maraqlı olduğunu bildirmişdi. Belə danışıqlarda Dağlıq Qarabağ ermənilərinin tərəf müqabili yalnız Dağlıq Qarabağ azərbaycanlıları ola bilər”.
Əlcəzair nümayəndə heyətinə Qarabağ münaqişəsi barədə məlumat verilib
Bu arada Azərbaycanda səfərdə olan Əlcəzair nümayəndə heyəti ötən gün Milli Məclisdə olub. Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan ilə Əlcəzair arasında münasibətlərin müsbət dinamikasını qeyd edib. Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var. Bu münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. Əlcəzair hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqq səsini müdafiə edib və istərdik ki, bundan sonra da bu səyləri artırsın.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info