İxracla məşğul olan sahibkarların işi asanlaşacaq
Tarix: 21.06.2018 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Xarici biznes tərəfdaşlarla elektron müqavilələr real vaxt rejimində elektron imza ilə imzalanacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Avropa İttifaqının “FutureTrust” layihəsinə assosiativ tərəfdaş seçilib. Məlumat Hesablama Mərkəzinin “FutureTrust” layihəsinə assosiativ tərəfdaş olmağı Azərbaycanla Avropa İttifaqı ölkələri arasında elektron imzaların qarşılıqlı tanınmasını asanlaşdıracaq. “FutureTrust” layihəsi əvvəlki tədqiqatlar və genişmiqyaslı pilot layihələr üzrə əldə edilən nəticələr əsasında qurulub. Əsasən, təkmil sertifikat, elektron imza və vaxt möhürü ilə əlaqəli olan etimadlı xidmətlər üçün proqram təminatının açıq mənbə kodunu təmin edəcək. “FutureTrust” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Horizon 2020” elmi tədqiqat və innovasiya proqramı çərçivəsində 1 iyun 2016-cı il tarixindən fəaliyyət göstərir. Layihədə iştirak edən 10 ölkənin 16 tərəfdaş təşkilatı Almaniyanın Boxum şəhərinin Rur Universiteti tərəfindən əlaqələndirilir. "FutureTrust" layihəsinin əsas məqsədi elektron ticarətdə elektron identifikasiya (eID) və etibarlı xidmətlər üzrə eIDAS qanunvericiliyinin praktiki tətbiqini dəstəkləmək və etibarlı xidmətlərin Avropa İttifaqı və onun hüdudlarından kənarda yayılmasını asanlaşdırmaqdır. Xatırladaq ki, Prezidentin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında qeyri-neft sektorunun yüksək inkişaf tempinin qorunub saxlanması, habelə elektron ticarətin gücləndirilməsi və inkişaf etdirilməsi vurğulanır. Sözügedən layihəyə tərəfdaşlıq elektron imzaların qarşılıqlı tanınması işlərini sürətləndirməklə ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarla xarici biznes tərəfdaşları arasında sənədlərin, elektron müqavilələrin real vaxt rejimində elektron imza ilə imzalanması və transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018
“Bakcell”in 4G xidməti ölkənin 30-dan çox bölgəsində
17.07.2018
“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb
17.07.2018
“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb
17.07.2018
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9641

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info