Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub
Tarix: 22.06.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin qeyri-rəsmi dialoqlarının 10-cu görüşü çərçivəsində rəqəmli iqtisadiyyat və rəqəmli texnologiyalar üzrə nazirlərin iştirakı ilə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclas keçirilib. Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Belarus Respublikasının rabitə və informasiya naziri Sergey Popkov plenar iclasda qaldırılan məsələlərin yüksək səviyyədə müzakirə olunmasının Şərq Tərəfdaşlığı ölkələrində inkişaf və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini qeyd edib. İclasda rominq tariflərinin uzlaşdırılması, kibertəhlükəsizlik, rəqəmli bazarların uyğunlaşdırılması, habelə genişzolaqlı rabitənin inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb. Tədbirdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han, rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriel və ŞT ölkələrinin müvafiq sahə üzrə nazir və nazir müavinləri iştirak edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
18.11.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
18.11.2018
XİN: Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaqdır
17.11.2018
Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir
17.11.2018
Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info