“Neft enerji mənbəyi kimi hakim mövqeyini qarşıdakı onilliklərdə də qoruyacaq”
Tarix: 21.06.2018 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Pərviz Şahbazov: “Cari neft qiymətləri investisiyalar baxımından neft sektorunu canlandırır”

Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanadakı Hofburq sarayında keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda VII beynəlxalq seminarında iştirak edib. Nazir seminarın “Dünya iqtisadiyyatı və neftin gələcəyi” adlı beşinci sessiyada məruzə ilə çıxış edib. Nazir çıxışında gələcəkdə dünya iqtisadiyyatında neftin rolu, neft bazarında mövcud tendensiyalar və Azərbaycanın neft ölkəsi kimi gələcək inkişaf strategiyasından bəhs edib. P.Şahbazov OPEC+ formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib: “Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpaolunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək. Bununla belə, bir sıra əsas neft ölkələrində geosiyasi səbəblərlə əlaqədar hasilatın kəskin azalması və bazara çıxışda gözlənilən məhdudiyyətlər, eləcə də son illərdə aşağı neft qiymətləri ilə əlaqədar transmilli şirkətlər üçün upstream sektorunun cəlbediciliyini itirməsi gələcəkdə qlobal tələbatın ödənilməsində çətinliklər vəd edir. Enerji bazarının yenidən balanslaşması, neft sənayesinə gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etmək OPEC+ formatında əməkdaşlığı vacib edir”. O qeyd edib ki, dünya neft sənayesi və neft bazarının yaratdığı yeni həqiqətlər OPEC+ çərçivəsində əməkdaşlığın davam etdirilməsini labüd edir. Proqnozlara görə, neft enerji mənbəyi kimi hakim mövqeyini qarşıdakı onilliklərdə də qoruyacaq. Bildirib ki, cari neft qiymətləri investisiyalar baxımından neft sektorunu canlandırır. İnvestorların bu sektora maraq və inamını artırmaq, bazarın davamlığını təmin etmək üçün daha da sıx əməkdaşlığa ehtiyac var. P.Şahbazov deyib ki, həm istehsalçı, həm də istehlakçı ölkələrin maraqlarına cavab verən bazarın formalaşması üçün ortaq həll yollarının tapılması yalnız əməkdaşlıq əsasında mümkündür. O, həmçinin “Əməkdaşlıq Bəyannaməsi”ni imzalamış Azərbaycanın qlobal neft bazarının tənzimləmə prosesində iştirakının ölkədə həyata keçirilən neft siyasətinə təsirləri, neft sektorunun inkişafı istiqamətində imzalanmış yeni sazişlər və həyata keçirilən layihələr, cəlb olunmuş investisiyalar barədə ətraflı məlumat verib: “Azərbaycanın qlobal neft bazarının sabitləşməsinə yönəldilmiş proseslərə qoşulması da ölkəmizin daxili neft siyasətinə müsbət təsir göstərib. Dünyada ilk dəfə olaraq sənaye üsulu ilə neft hasil edən Azərbaycan yeni proseslər kontekstində də tarixi mövqeyini möhkəmləndirir. OPEC+ formatı çərçivəsində “Əməkdaşlıq Bəyannaməsi”ni imzalayan və neft bazarının sabitləşdirilməsi prosesinin fəal iştirakçısı olan bir ölkə kimi Azərbaycan OPEC-in tərkibindəki bütün təşəbbüslərə öz dəstəyini bildirib”. Qeyd edilib ki, neftin qiymətinin aşağı düşməsi fonunda qlobal neft bazarında baş verən narahatlıqlar neft qiymətlərinin son zamanlar artması ilə bağlı yeni proseslə əvəz edilib. Bu proses OPEC və qeyri-OPEC ölkələri arasında xüsusi bir əməkdaşlığın sayəsində baş verib. Neft bazarlarında kommersiya ehtiyatları ilə bağlı məsələlər və neft qiymətlərinin kəskin dəyişməsi aradan qaldırılaraq, OPEC+ formatında olan əməkdaşlığımız neft qiymətlərinin sabitləşdirilməsində öz təməl məqsədinə çatıb. Sessiyada P.Şahbazovla yanaşı, Qətərin energetika və sənaye naziri Mohammed Bin Saleh Al-Sadanın, Venesuelanın neft naziri Manuel Salvador Quevedo Fernandez və Nigeriyanın neft naziri Emmanuel Ibe Kachikwunun məruzələri dinlənilib. Xatırladaq ki, seminar iyunun 20-də öz işinə başlayıb. Xanım Eithne Treanor və John Defteriosun moderatorluğu ilə keçirilən seminarın açılışında OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo çıxış edib. Həmçinin Avstriyanın inteqrasiya və xarici işlər naziri xanım Karin Kneissl və Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazroueinin də məruzələri dinlənilib. Energetika sahəsində keçirilən beynəlxalq tədbirlər arasında özünəməxsus yeri olan və iki ildən bir keçirilən seminarda OPEC və qeyri-OPEC ölkələrinin nazirləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, milli və beynəlxalq neft-qaz şirkətlərinin funksionerləri, sənaye və elm-tədqiqat müəssisələrinin nümayəndələri, energetika üzrə ekspertlər iştirak ediblər. Qeyd edək ki, Azərbaycanın energetika nazirinin OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır. Nazir OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.






 
Bölməyə aid digər xəbərlər
19.07.2018
“İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir”
19.07.2018
“TAP üzrə işlər nəzərdə tutulan vaxtda başa çatacaq”
19.07.2018
“Milli mətbuatın yaranması milli oyanış və tərəqqiyə doğru atılan addımdır”
18.07.2018
İtaliya ilə iqtisadi əlaqələr genişlənir
18.07.2018
“İtaliya ATƏT-ə sədrlik çərçivəsində Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9672

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info