Əli Kərimli xəyanət etdiyi Elçibəyi “sevməyə” başlayıb?
Tarix: 21.06.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Daim mənfi, aqressiv, radikal düşüncələri, ittihamları ilə gündəmə gəlməyə çalışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimli indi də keçmişdə xəyanət etdiyi eks-prezident Əbülfəz Elçibəyin adından istifadə edərək, öz aləmində, guya, qalmaqal yaratmağa çalışır. Belə ki, o, “Facebook” səhifəsində status yazaraq bildirib ki, guya, hakimiyyət Əbülfəz Elçibəyə ögey münasibət bəsləyir, onun ad gününün keçirilməsinə imkan vermir və s. Çox maraqlıdır, Əbülfəz Elçibəyin yaxınları, əzizləri, ona sadiq olan əsl siyasət adamları niyə belə giley-güzar etmirlər? Deməli, Kərimlinin əvvəlki ittihamları kimi, bu ittihamı da absurddur, insanların gözünə kül üfürmək üçündür. Ümumiyyətlə, bu adama sual verən lazımdır ki, sən hansı haqla Elçibəylə bağlı danışmaq, ona ad günü keçirmək istəyirsən, axı? Hətta müxalifət daxilində belə, bu siyasətçini Elçibəyə ən böyük xəyanət edən adam kimi tanıyırlar, onu 90-cı illərdə Elçibəyin inanıb yaxınına buraxdığı ən böyük yanlış seçimi kimi qiymətləndirirlər.
Sadə bir misal deyək ki, iki il öncə mətbuata açıqlama verən Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Əli Kərimli haqqında ağır sözlər demişdi, onun əmisinə xəyanət etdiyini dilə gətirmişdi: “Əli Kərimli” deyəndə, nədənsə, "satqın" və "xəyanətkar" sözləri yada düşür. Diqqət etsəniz görərsiniz ki, bu insan siyasi fəaliyyəti boyunca hamını öz şəxsi və siyasi maraqlarına qurban verib və hətta dostlarına belə, xəyanət edib”.
Bir məşhur qalmaqalı da xatırladaq. Əli Kərimlinin Əbülfəz Elçibəyin otağına dinləyici qurğu yerləşdirməsi, liderini dinləməsi faktını, yəqin ki, hər kəs xatırlayır. Onun cəbhənin qəzetində Əbülfəz Elçibəy əleyhinə sifarişlə yazdırdığı əxlaqa, insanlığa sığmayan məqalələr də unudulmayıb. Bu çirkin kampaniyaya Elçibəy Türkiyədə ölüm yatağında olanda belə, son verilmədi.
Hürrü Əliyev bununla bağlı deyirdi ki, bu yazılar adi xəyanət deyildi, hərəkat rəhbərinə qarşı yönəlmiş çirkin, ləyaqətsiz bir addım idi: “Əli Kərimli onu illərlə davam etdirdi. Bunu heç kim unutmayıb. Nə Elçibəy ailəsi, nə də elçibəyçilər”.
Doğrudan da, Əli Kərimlinin sifarişi ilə birbaşa idarə etdiyi “Azadlıq” qəzetində xeyli sayda Elçibəyi aşağılayan yazılar getdi. Bu qəzetdə gedən bir məqalədən təkcə bir hissəni oxuculara xatırladaq və dəyərli oxucular özləri qiymət versinlər: “Qonşu kəndə yas yerinə buraxılmayan Əbülfəz Elçibəy prezident seçkilərinə qısa zaman qalmış maneəsiz olaraq Bakıya qayıda bildi. Qəribə deyilmi? Elçibəy öz qəfil gəlişini belə izah edir : «Özüm istədim, gəldim. Oturdum, təyyarəyə, uçdum Bakıya». Deməli, 4 il ərzində gəlmək istəməyib. İstəsəydi, gələrdi. Nəsə inandırıcı görünmür. Keçmiş prezident həmişə bir suala cavabdan yayınıb - «Bakıdan nə üçün getdiniz?». Onun verdiyi bütün cavablar, əslində, bu sualın cavabsız qalması üçündür. Cənab Elçibəy 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Rusiya və İran kəşfiyyatını aldatdığını söyləyir. Ancaq necə inanaq ki, indi bizi aldatmır?». (Azadlıq qəzeti, 18 iyul 2000-ci il, «Mübahisəli lider» məqaləsi).
İndi sual yaranır, siyasi karyerasının, az qala, yarısını öz rəhbərinə qarşı yönəldən bir adamın indi onun ad gününü keçirmək üçün haray-həşir salması nə qədər səmimi görünür? Doğrudanmı, Əli Kərimli düşünür ki, Elçibəy amilini qabartmaqla bir qrup insanın sevgi və sayğısını qazanacaq? Əsla. Xalq artıq hər şeyi gözəl görüb, 90-cı illərin qaranlıq səhifələrinin geridə qalmasına baxmayaraq, yenidən təkrarlanmasını qətiyyən arzulamır. O səhifələrin mənfi obrazlarından biri isə məhz Əli Kərimli idi. Vaxtilə quyusunu qazdığı keçmiş rəhbərinin indi ad gününü keçirməyə çalışan Əli Kərimli...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“Məxməri inqilab” komandası gözlədiyi maliyyə-siyasi dəstəyi ala bilmədi”
16.07.2018
“Onlar ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər“
15.07.2018
Erməni kəşfiyyatçı əsir alınıb
13.07.2018
“Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür”
13.07.2018
“Paşinyan demokratiyadan danışmaqla dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür“

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info