Həmvətənimiz Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb
Tarix: 22.06.2018 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Həmvətənimiz Vüsal Hacıyev Almaniyanın Charite Universitetinin təşkilatçılığı ilə Berlin Dram Teatrında (Konzerthaus) “Ürək transplantasiyasından sonra trikuspidal qapağın çatışmazlığının risk faktorları” adlı doktorluq dissertasiyasını müdafiə edib. V.Hacıyev bunun nəticəsində Charite Universitetinin kollegiyası, baş direktor, universitetin professoru Karl Maks Aynhaupl, universitetin dekanı, professor Aleks Radlax Pries tərəfindən “Tibb üzrə elmlər doktoru” elmi dərəcəsinə layiq görülüb. Tədbirə qatılan Almaniyanın tibb sahəsində qabaqcıl alimləri, həkimlər, elmlər namizədləri, elmlər doktorları həmvətənimizin uğurunu gurultulu alqışlarla təbrik ediblər. Qeyd edək ki, Vüsal Hacıyev 2001-ci ildə Təhsil Nazirliyinin dövlət təqaüd proqramı ilə tibb təhsili almaq üçün Çexiyanın ən nüfuzlu Karles Universitetinə yollanıb. O, 2009-cu ildə universiteti bitirdikdən sonra Berlindəki Almaniya Ürək Mərkəzinin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında ürək cərrahiyyəsi üzrə rezidentura pilləsinə daxil olub. Hazırda ürək cərrahı vəzifəsində çalışan V.Hacıyev 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpadan sonra açılışı olub
18.12.2018
Prezident Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
18.12.2018
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
18.12.2018
İlin sonunadək Karbamid zavodunda ammonyak istehsalına başlanacaq
18.12.2018
Atəşkəs rejimi 27 dəfə pozulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info