Vaşinqton “Human Rights Watch”la əməkdaşlıqdan imtina edir
Tarix: 22.06.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Nikki Heyli: “Biz insan haqları kimi dəyərlərin altını qazanlarla yox, onları bölüşən QHT-lərlə işləməkdən şad olarıq”

Məlum olduğu kimi, ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. “ABŞ rəsmi olaraq BMT İnsan Hüquqları Şurasını tərk edir”, - deyə N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib. ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İnsan Hüquqları Şurasının ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: “Heyli isə artıq bir ildən çoxdur ki, bu təşkilatda islahatlar həyata keçirməyə çalışır. Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”.
ABŞ-ın bu addımı dünyada birmənalı qarşılanmayıb. Bu qərar Vaşinqtonla insan hüquqlarının müdafiəsi ilə məşğul olan “Human Rights Watch” təşkilatı arasında da narazılıq yaradıb. Bu təşkilatın sırf insan hüquqlarının müdafiəsi ilə məşğul olduğunu demək doğru olmaz. Çünki bu təşkilat müəyyən qrupların əlində təsir vasitəsi olub və dövlətlərə qarşı təzyiq aləti kimi istifadə edilir. Bu təşkilatın hazırladığı hesabatlar əksər vaxt qərəzli olması ilə yadda qalır. “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabatlar da həmişə qərəzli olması ilə seçilib və obyektivlikdən uzaq olub. Qərbdəki müəyyən dairələr həmişə bu təşkilatın hesabatlarından istifadə etməyə çalışıblar. ABŞ-dakı dairələrin də tez-tez istifadə etdiyi təşkilatla aralarında problem yaranıb. ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaqla bağlı qərarı “Human Rights Watch” tərəfindən tənqid edilib. “RİA Novosti” təşkilatın yaydığı bəyanatın surətini əldə edib. Bəyanatda qeyd edilir ki, ABŞ-ın bu qərarı insan hüquqlarının müdafiəsi məsələsinə birtərəfli yanaşmasının göstəricisidir: “İsrailin müdafiəsi bir nömrəli prioritetdir. BMT İnsan Haqları Şurası Şimali Koreya, Suriya, Myanma və Cənubi Sudan kimi ölkələrdə mühüm rol oynayır. Amma belə görünür ki, Trampı ancaq İsrailin müdafiəsi düşündürür”. Təşkilatın rəhbəri Kennet Rotun imzasıyla yayılan bəyanatda qeyd edilir ki, digər dövlətlər həmin şuranın fəaliyyətinin daha da gücləndirilməsi üçün ikiqat güc sərf etməlidirlər. ABŞ-ın təşkilata cavabı özünü çox gözlətməyib. Belə ki, Nikki Heyli “Human Rights Watch” təşkilatına məktub göndərib. ABŞ-ın BMT yanandakı daimi nümayəndəsi olan xanım Heylinin məktubunda qeyd edilir ki, Vaşinqton “Human Rights Watch” təşkilatı ilə əməkdaşlıqdan imtina edə bilər. Məktubda qeyd edilir ki, Vaşinqton BMT İnsan Haqları Şurasında islahat aparılması ilə bağlı təklifi dəstəkləməyən “Human Rights Watch” və digər insan hüquq müdafiəsi ilə məşğul olan təşkilatlarla əməkdaşlıqdan imtina edə bilər: “Siz bilməlisiniz ki, islahatlar aparılmasına cəhd etməməyiniz və islahatlara mane olmağınıza görə ABŞ Şuranı tərk edib. Bir il əvvəl Şurada islahat aparılmasının əsas istiqamətlərini sizə təqdim etmişik. Bunlar Şuranın keyfiyyətini yaxşılaşdırmaq və antiisrail gündəmindən azad olmaqdır. Ötən ay kiçik bir qrupa islahatlarla bağlı məktub ünvanlanıb. Amma biz indiyə qədər heç bir dövlətdən bununla bağlı cavab almamışıq. Yeganə yazılı sənəd Rusiya və Çinin demarşı və 18 insan haqları təşkilatının üzv dövlətlərə olan xahiş-müraciətidir ki, onda da siz dövlətlərdən xahiş edirsiniz ki, bizim sənədin əleyhinə çıxış etsinlər və mətn üzrə işə qatılmasınlar. Beləliklə, “Human Rights Watch” Rusiya və Çinin tərəfində olaraq insan haqları məsələsində ABŞ-ın əleyhinə oldu. ABŞ bundan sonra da bütün insanların hüquqlarının müdafiəsi ilə bağlı işdə lider olacaq. Bu dəyərlərin altını qazanlarla yox, onları bölüşən QHT-lərlə işləməkdən şad olarıq”. Təşkilat rəhbəri Kennet Rot isə cavabında bildirib ki, Tramp administrasiyası insan haqları təşkilatlarını “günah keçisi” elan etməkdənsə, öz səhv strategiyası haqqında düşünsə, daha yaxşı olar. Öz səhvlərinə görə başqalarını günahlandırırlar. Yaxşı məlumdur ki, Nikki Heyli təhdidlə BMT-də onu dəstəkləməyənlərin siyahısını hazırlamağa çalışırdı. Biz ondan müstəqil təşkilatları ora daxil edəcəyini gözləmirdik”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info