Bir fincan qəhvə insulin şpris-qələmini əvəz edə bilər
Tarix: 22.06.2018 | Saat: 05:07:00 | E-mail | Çapa göndər



Yaxın gələcəkdə diabet xəstələrinin istifadə etdikləri insulin şpris-qələmini bir fincan qəhvə əvəz edə bilər.
AZƏRTAC “Nature Communications” jurnalına istinadla xəbər verir ki, İsveçrə alimləri hazırladıqları xüsusi preparatı dəri altına yerləşdirməklə qanın tərkibində şəkərin xroniki artımını tənzimləyəcək tədqiqat üzərində işləyirlər. Preparatın hüceyrələri hərəkətə gətirməsi və qanda şəkəri normada saxlaması üçün kofein maddəsinin orqanizmə daxil edilməsi lazım gələcək.
Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqat qrupuna rəhbərlik edən Martin Fussenegger bildirib ki, diabetli siçanlar üzərində aparılan təcrübə müsbət nəticələr verib. Onun sözlərinə görə, hazırlanmış implant dəri altına yeridildikdən sonra həmin vaxtadək insulin şpris-qələmindən istifadə edən xəstələr yeməkdən sonra bir fincan qəhvə ilə qanda qlükozanın mənimsənilməsi və şəkər artımının qarşısının alınmasına nail olacaqlar.
Lakin Fussenegger deyib ki, insanlar üçün implantın hazırlanması prosesi uzun zaman tələb edir. Növbəti illərdə zəruri testlərin aparılması və onların təsirinin müvafiq səhiyyə instansiyaları tərəfindən təsdiq edilməsi istiqamətində işlər görüləcək. “Məqsədimiz diabet xəstələrini insulin iynəsindən qurtarmaqdır. İmplant olunacaq preparat altı ay üçün hesablanıb və istifadə müddəti bitdikdən sonra həkimlər tərəfindən dəyişdiriləcək”.
İsveçrə alimləri preparatın GLP-1 adlanan və insan hüceyrələrini modifikasiya edəcək maddənin yaranmasına təsir mexanizmini izah ediblər. Bu preparat mədəaltı vəzidə beta hüceyrələrini stimullaşdırmaqla insulin ifrazına və son nəticədə qanda şəkərin səviyyəsinin tənzimlənməsinə şərait yaradır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer üzündə 400 milyondan çox insan diabet xəstəliyindən əziyyət çəkir.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Novokain yalnız ağrıkəsici deyil
15.02.2019
Öskürək və bronxit zamanı effektii vasitə
15.02.2019
Xərçəngdən qorunmaq istəyənlər buğda cücərtisi yesinlər
14.02.2019
Firudinin sağalması üçün yardım edək!
12.02.2019
Damarları qoruyan qarışıq - tərxun + limon

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info