Xorvatiya millisi səkkizdəbir final mərhələsində
Tarix: 22.06.2018 | Saat: 05:10:00 | E-mail | Çapa göndər



İyunun 21-də Xorvatiya millisi Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, “D” qrupunda mübarizə aparan Argentina və Xorvatiya milli komandaları “Nijni Novqorod Arena”da qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Xorvatiya millisi matçın 53-cü dəqiqəsində istəyinə nail olub. Argentinalı qapıçı Vilfredo Kaballeronun kobud səhvindən istifadə edən Ante Rebiç baxımlı qola imza atıb.
Qarşılaşmanın 80-ci dəqiqəsində Xorvatiya millisinin kapitanı Luka Modriç ikinci topu Argentina millisinin qapısından keçirib. Gərgin anların yaşandığı matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda xorvatiyalı İvan Rakitiç hesab arasındakı fərqi artırıb və bu, oyunda sonuncu qol olub.
Beləliklə, Xorvatiya millisi Argentinanı 3:0 hesabı ilə məğlub edib və səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib.
Xatırladaq ki, ilk turda Xorvatiya millisi Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu oyunadək 4 dəfə qarşılaşan komandaların statistikasında üstünlük Argentina millisinin xeyrinədir. Belə ki, Argentina millisi üç dəfə qələbə qazanıb, bir matçda hesab açılmayıb. İyirmi il əvvəl Fransada keçirilən dünya çempionatının qrup mərhələsində bu komandaların qarşılaşmasında Argentina millisi minimal hesabla qalib gəlib – 1:0.
Qeyd edək ki, mundialın səkkizinci gününün ilk iki oyununda “C” qrupu çərçivəsində Danimarka-Avstraliya matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı halda, Fransa millisi Peruya 1:0 hesabı ilə qalib gəlib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info