Azərbaycan və özbək dillərində çap olunan kitabın Daşkənddə təqdimatı keçirilib
Tarix: 22.06.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə Daşkənddə “Extremum – press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitabın təqdimat mərasimi keçirilib.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan Yazıçılar İttifaqının rəhbərliyi və nümayəndələri, bu ölkənin tanınmış şair və yazıçılar, ədəbiyyatsevərlər, tərcüməçilər iştirak ediblər.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva iki xalq arasında dostluq əlaqələrindən danışaraq, bu günə qədər Azərbaycan ədəbiyyatına dair Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində çoxsaylı nəşrlərin işıq üzü gördüyünü qeyd edib. Natiq bildirib ki, Azərbaycan dilində özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir və bu işi həyata keçirən azərbaycanlı tərcüməçi Şahməmməd Dağlaroğlu, özbək tərcüməçi Şaxlo Qasımova özbək ədəbiyyatının tanınmış söz ustalarının şeirlərini Azərbaycan dilinə çevirməklə gözəl bir abidə yaradıblar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın çapının özbək ədəbiyyatına və Azərbaycanda qardaş xalqın şairlərinə rəğbət bəsləyən ədəbiyyatsevərlərə rəhbərlik etdiyi mərkəz adından bir töhfə olduğunu qeyd edərək, kitabdakı şeirlərin çevrilməsinin xüsusi zəhmət tələb etdiyini və bu işdə xidmətləri olan tərtibçilərə öz təşəkkürünü bildirib.
Samir Abbasov vurğulayıb ki, kitabda ilk dəfə olaraq özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və özbək dillərində oxucuya təqdim edilir. O, XX-XXI əsrdə Özbəkistan ədəbi mühitinin zəngin olduğunu və bir sıra azərbaycanlı şair, tərcüməçilərin özbək ədəbiyyatından tərcümələr etdiyini qeyd edərək, kitabda verilən şeirlərin müxtəlif qələm sahiblərinə məxsus olmasına baxmayaraq, onlardan özbək xalqının mənəvi, mədəni zənginliyini, qardaş xalqın poeziyasının Azərbaycan oxucusuna çatdırıldığını qeyd etdi. O, kitabın hər iki dildə tərtibinin gələcəkdə onun hər iki tərəfdə oxunacağına və maraqla qarşılanacağına ümid etdiyini bildirib.
Azərbaycanlı ədəbiyyatşünaslar, kitabın redaktorları Əkbər Qoşalı və Fərid Hüseyn tədbirdə çıxış edərək ölkəmizdə türk dünyasının zəngin ədəbi mühiti ilə seçilən özbək ədəbiyyatına, şairlərinə böyük maraq olduğunu qeyd ediblər. Onlar kitabda tərtibçilərin təkrarsız yaradıcılıqları ilə Özbəkistanda məşhur olan qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin də şeirlərinə yer verməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər.
Natiqlər Azərbaycan-Özbək xalqları arasında daim ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu və ədəbiyyatımızın bu əlaqələrdən faydalandığını qeyd etdilər. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan kitabın xalqlarımıza, ədəbiyyatımıza ən böyük hədiyyə olduğunu söyləyiblər.
Digər çıxışçılar Özbəkistan Yazıçılar İttifaqının tərcümə bölməsinin müdiri Atxam Alimbekov, şair-Özbəkistanın tanınmış “Kitab dünyası” jurnalının baş redaktoru Xasiyət Rüstəmova özbək ədəbiyyatını, özbək düşüncəsini əks etdirən şeirlərin, əsərlərin Azərbaycancaya çevrilməsini təqdir edərək, azərbaycanlı ədəbiyyatsevərlər, tədqiqatçılar üçün yaxşı imkanlar açıldığını və ədəbiyyat tarixində misilsiz bir işin həyata keçirildiyini söyləyiblər.
Qeyd edək ki, “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı ikidilli kitabın tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitab Özbəkistan və Azərbaycan kitabxanalarına, elm, təhsil müəssisələrinə əvəzsiz olaraq göndəriləcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Anadaolu Atəşi” rəqs qrupu dünya turuna başlayır
15.02.2019
VII Muğam Televiziya Müsabiqəsinin seçim turları yekunlaşıb
15.02.2019
Özünü yeni prizmadan tanımaq üçün əla fürsət
15.02.2019
Masallı şəhər Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlının 120 illiyi qeyd olunub
15.02.2019
Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info