“Qərb mətbuatında milyondan çox qaçqın və məcburi köçkünlərimizlə bağlı fundamental yazı görmək olmur”
Tarix: 22.06.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


"Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini uğurla icra edir. Enerji hər kəs üçün vacibdir".  Bunu bu gün 2018 CAMCA Regional Forumunda baş nazir Novruz Məmmədov bildirib. 
N. Məmmədov deyib ki, Azərbaycan Avrasiya miqyasında enerji sahəsində ən böyük layihələr həyata keçirir: "TANAP və TAP layihələri uğurla icra olunur. Biz Azərbaycana daha böyük dəstək gözləyirdik. Amma bəzən böyük məqsədlər kiçik hisslərə qurban verilir".
Baş nazir qeyd edib ki, Azərbaycan sülhün, təhlükəsizliyin təmin edilməsi üçün böyük addımlar atıb: "Azərbaycan beynəlxalq aləmdə sivilizasiyalararası dialoqla bağlı böyük tədbirlər təşkil edir. Eyni zamanda Azərbaycan dinlərarası dialoqun da inkişafında mühüm rol oynayır, dinlərarası anlaşmada addımlar atır. Azərbaycan əslində birdən-birə belə olmayıb. Biz bu yaxınlarda - may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyət qurub, qadınlara səsvermə hüququ verib, balet yaradılıb.
 
19-cu əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq Azərbaycana münasibətdə bu ədaləti görə bilmirəm. Azərbaycana müəyyən dəstəklər verilib, ancaq bu, yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq Qərb mətbuatında 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı bir fundamental yazı görmək olmur.
 
Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər bu məsələ ilə bağlı normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin liderləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli mövqe gözləyir.
 
21-ci əsrdə insan intellekti yüksək olsa da, beynəlxalq münasibətlərdə belə gərginliyin yaranması məntiqə sığmır. Çünki böyük dövlətlər geosiyasi maraqları əsas götürür. Bunun üzərinə hansı pərdəni çəkirsən çək, belə vəziyyət yaranır. SSRİ dağılanda dünyada 10 ölkədə gərginlik vardı, indi 50 ölkədə gərginlik var. Bu suala cavab tapıb, əməli addımlar ortaya qoyulmalıdır. Bir ölkədə vəziyyətin yaxşı olması həmişə hər şeyin yaxşı olacağı demək deyil".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info