Taktiki-xüsusi təlim keçirilib
Tarix: 22.06.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


İyunun 22-də Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi üzrə komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarətdir.
Təlimdə əsas diqqət şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi və onların mənəvi-psixoloji dözümlülüyünün artırılmasına yönəldilib.
Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.
Sonra üç təlim nöqtəsində müxtəlif tapşırıqlar icra edilib. Belə ki, birinci təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanmasının və məşğələlərin keçirilməsinin nümayişi olub. İki nömrəli təlim nöqtəsində mühəndis-istehkam, maneələğvetmə və mühəndis-yol bölmələri tərəfindən mühəndis təminatı tapşırıqları praktiki cəhətdən yerinə yetirilib. Üç nömrəli təlim nöqtəsində isə ponton-körpü bölüyünün su maneələri üzərindən bölmələrin keçirilməsi tapşırığı yerinə yetirilib.
Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanması, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi, maneələğvetmə qruplarının hərəkəti və tank əleyhinə xəndəklərdən keçilməsi və s. tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
Tapşırıqların icrası zamanı bölmələr yüksək peşəkarlıq nümayiş etdirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info