Cəfər Cabbarlı haqqında kitab təqdim olunacaq
Tarix: 22.06.2018 | Saat: 13:02:00 | E-mail | Çapa göndər


İyunun 22-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabın təqdimatı olacaq.
C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova AZƏRTAC-a bildirib ki, kitabın müəllifi fililogiya elmləri doktoru, professor Asif Rüstəmlidir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi tərəfindən hazırlanıb. Layihənin rəhbəri C.Cabbarlının ev-muzeyinin direktoru, C.Cabbarlı adına İctimai Birliyin sədri Qəmər Bağırovadır.
Kitabda görkəmli dramaturq, peşəkar yazıçı, istedadlı şair, istiqlal mücadiləsinin fəal üzvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sferası, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” (1922-1923) qəzetinin nəşri prosesində iştirakı, məhbəs həyatı zəngin arxiv materialları əsasında geniş tədqiq və təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
“Qafqaz - Gürcüstana və Azərbaycana kulinar səyahət“ adlı kitab nəşr olunub
19.07.2018
Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018
“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
19.07.2018
Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir
18.07.2018
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9672

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info