Yun-Əyirici Boyaq Fabrikində 100 nəfər işlə təmin ediləcək
Tarix: 22.06.2018 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkəmizin bölgələrində xalça emalatxanalarının yaradılması işini davam etdirir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, qurum 2019-cu ildə daha 10 xalça emalatxanası yaradaraq filiallarının sayını 30-a çatdıracaq.
“Azərxalça” ASC-nin mətbuat katibi Tural Səfərov açıqlamasında bildirib ki, hazırda 10 bölgədə xalça emalatxanası binalarının tikintisi davam etdirilir, gələn il yaradılması planlaşdırılan xalça emalatxanalarının inşası istiqamətində hazırlıq işlərinə başlanılıb: “2016-2017-ci illərdə 10 rayonda xalça emalatxanaları fəaliyyətə başlayıb. Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça emalatxanası binalarının tikintisi aparılır”.
T.Səfərovun sözlərinə görə, vahid layihə əsasında inşa olunan xalça emalatxanası binalarının sahəsi 1255 kvadratmetrdir. Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Binalar toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarət olacaq. Emalatxanalarda müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunulacaq.
Xalçaçılığın inkişafına kompleks şəkildə yanaşıldığını bildirən “Azərxalça”nın mətbuat katibi onu da vurğulayıb ki, zəruri xammal bazasının yaradılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkında Yun-Əyirici Boyaq Fabriki tikilir. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrikdə İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıq quraşdırılacaq. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq.
Fabrikdə, həmçinin boyama prosesi həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin tikintisi sürətlə aparılır. İnşaatçılar yuxarı səviyyənin və köməkçi qurğuların qəlib-armaturlanma işlərini başa çatdırıblar.
Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar inşa edilir. Tədarük məntəqələri binalarında metal konstruksiya işləri yekunlaşdırılıb.
Bütün obyektlərdə əməyin mühafizəsi və tikinti təhlükəsizliyi qaydalarına ciddi əməl olunur. İnşaatçılar üçün lazımi iş və istirahət şəraiti yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info