“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb
Tarix: 22.06.2018 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Komor Adaları İttifaqının ən iri şəhəri və paytaxtı olan Moronini marşrut şəbəkəsinə əlavə edib. Aviaşirkət Moroniyə reyslər üzrə uçuşları həftədə 3 dəfə yerinə yetirəcək (Seyşel adalarında dayanaraq).

Komor Adaları İttifaqı üç iri adadan ibarətdir – Grand Komor, Anjuan və Moxeli. Moronini marşrut şəbəkəsinə daxil etməklə “Türk Hava Yolları” uçduğu ölkələrin sayını 122-yə, istiqamətlərin sayını isə 304-ə çatdırıb, bu istiqamətlərin 53-ü Afrikada yerləşir.

İstanbuldan Moroniyə və əks istiqamətə biletin minimal qiyməti 973 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.

"Türk Hava Yolları"nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info