OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
Tarix: 22.06.2018 | Saat: 13:59:00 | E-mail | Çapa göndər


Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası keçirilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da iştirak etdiyi iclasda çıxış edən Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Al Falih Vyananın çox tarixi bir həftəyə ev sahibliyi etdiyini deyib. Bildirib ki, JMMC həm istehsalçılar, həm də istehlakçıların xeyrinə bazar sabitliyini inkişaf etdirmək üçün mühüm nəticələr verən səylərini davam etdirir: “Müzakirələrimiz bazarda neft təklifinə dair çatışmazlığın yarandığı dövrə təsadüf edir və bu, son 5-7 ilin orta göstəricisindən aşağı düşən neft ehtiyatları fonunda baş verir. Əsas istehlakçı ölkələrin OPEC və tərəfdaşlarının qərar qəbul edərkən bu vacib amili nəzərə almaları üçün çağırışlar var”.
O qeyd edib ki, ötən yarım il ərzində üzv ölkələrin öhdəliyə sadiqliyi 100 faizdən çox olub və nəticədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ehtiyatları təxminən 370 milyon barel azalıb. Bu ilin ikinci rübündə neft tələbatı birinci rüblə müqayisədə gündəlik 2 milyon barel çox olacaq: “Son iki il ərzində ümumi tələbatın həcmi 3 milyon bareldən çox artıb, təklif isə gündəlik 2,8 milyon barel azalıb. OPEC-in analizi göstərir ki, heç bir tədbir görmədiyimiz halda ilin ikinci yarısında tədarükün həcmi gündəlik 1,7 milyon barel artacaq və OECD üzrə ehtiyatlar da daha 300 milyon barel azalacaq. Bu, artan neft tələbatına mənfi təsir göstərə bilər. ABŞ-da şist nefti istehsalında əsas rol oynayan “Permian” boru kəmərləri infrastrukturu və resurs çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə aşağı təzyiqə məruz qalmaqdadır. Yəni, bu maneələr aradan qaldırılana qədər ABŞ-da şist neftinin istehsalının artması qarşıdakı iki il ərzində əhəmiyyətli dərəcədə yavaşlayacaq”.
Qeyd edək ki, Azərbaycanın energetika naziri OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
18.07.2018
“Cənubi Qafqaz regionunda media azadlığı“
18.07.2018
Ağdaşda asfalt-beton zavodu tikilir
18.07.2018
Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək
18.07.2018
Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info