İllik gəliri milyonları keçən tanınmış həkimlər
Tarix: 22.06.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Aparılan araşdırmalara görə, 2022-ci ilə qədər ən çox pul qazandıracaq sənətlər arasında həkimlik və cərrahlıq yer alacaq. Hazırda estetik cərrahiyyəsi də bu sənətin ən çox qazandıran sahələrindən hesab edilir.
Milli.Az bildirir ki, elə bu sənət sayəsində milyonlar qazanmış, dünyada hər kəsin tanıdığı həkimlər var.
Beyin cərrahı Sanjay Gupta - Həmçinin CNN kanalında veriliş aparıcısıdır. Televiziya kanallarında tez-tez ekrana çıxan məşhur həkimdir. Əvvəllər Ağ Evdə işləyib. 1997-1998-ci illərdə Hilari Klintonun məsləhətçisi olub. Daha sonra Barak Obama üçün çalışıb. Ondan sonra ümumi cərrah olaraq işə başlayıb. Bir çox həyat xilas edən Gupta 2010-cu ildə baş verən zəlzələ zamanı digər 3 cərrah ilə birlikdə 12 yaşlı qızın həyatını xilas edib.
Qazancı isə 4,5 milyon təşkil edir.
Mehmet Öz - Harvard Tibb fakültəsinin məzunudur. Kolumbiya universitetindəki cərrahlıq bölməsində çalışıb. Uzun müddət ürək xəstəlikləri üzrə işləyərək məşhurlaşıb. Televiziya və radiolarda veriliş apararaq bir çox dinləyiciyə kömək olmağa çalışıb. 6 dəfə Emmy mükafatına layiq görülüb.Qazancı isə 7 milyon dollardır.
Paul Nassif - estetik cərrahdır. Uzmanlığı burun estetik cərrahlığı üzrə bitirib. Amerika estetik plastik cərrahi dərnəyinin üzvüdür. Qazancı 14 milyon dollardır.
Phil McGrav - əsas televiziya proqramları vasitəsilə tanınsa da Texas universitetinin psixologiya bölməsində həkimlik edib. Daha sonra isə psixoloq olaraq işinə davam edib. Qazancı 280 milyon dollar təşkil edir.
Vu Yiling - 11 il ərzində Çində altenativ tibb sahəsində çalışıb. 1992-ci ildə Yiling Pharmaceutical adlı şirkət qurub. Daha sonra da bitki tərkibli dərmanları satışa çıxarıb. 1,7 milyard dollarlıq sərvətə sahibdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Macarıstan Avropa İttifaqı məkanında polisin ən az olduğu ölkədir
15.02.2019
Hindistanda yeni qurbağa növü aşkar edildi
15.02.2019
Bu qəsəbədə itlərin hürməsi qadağan olundu
15.02.2019
Fransanın məktəb sənədlərində “ata və ana” sözləri işlədilməyəcək
15.02.2019
Sevgililər gününün tarixi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info