Baqrat Asatryan: “Bu gün Ermənistanda tərəqqi müşahidə edilmir“
Tarix: 22.06.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


“Ermənistanın ən zəif yeri sosial vəziyyət və sosial siyasətdir”


“Maraqlıdır ki, vaxtilə korrupsiyanın Ermənistanın «inkişaf etməsinə maneçilik törətdiyini» iddia edən bəzi erməni rəsmiləri ölkədə Korrupsiya ilə Mübarizə Şurası yaratdılar. Şuranın yaradılmasının təşəbbüskarı kimi isə ölkədə əsas korrupsioner kimi tanınan baş nazir Ovik Abramyan çıxış etmişdi. Sonralar yeni baş nazir Karen Karapetyana ötürülən bu təşkilatın tərkibinə Ermənistanın baş prokuroru, ədliyyə naziri, maliyyə naziri daxil edilsələr də, təşkilat özünü və göstərdiyi fəaliyyəti doğrultmadı”.
Bunu Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan «1in.am» saytına verdiyi açıqlamada bildirib.
Korrupsiyanın təzahürləri haqqında danışan Asatryan hakimiyyəti korrupsiya dəstəsi ilə eyniləşdirərək, ölkədə ikili yaşayış sisteminin mövcud olduğunu bildirir: «Ermənistanda bir qrup fərqli bir həyat yaşadılar. Quldurluq və oğurluq onların həyat devizinə çevrilmişdi. Ölkə isə parçalanmışdı və hər kiçik şahzadə bir sahəyə nəzarət edirdi. Onların vəzifəsi cəmiyyətə deyil, öz sərvətlərini artırmağa xidmət edirdi».
Sabiq bankirin etirafına görə, bu dövrdə oğurlanan təkcə, ölkənin sərvəti deyil həm də onun tarixi idi: «Elə bil ki, onların əsas məqsədi ictimaiyyəti alçaltmağa hesablanmışdı. Cinayətkar sistem indi də fəaliyyətdədir. Hazırda onların əlində yeni hökumətə təhlükə yarada biləcək xeyli çirkli pullar cəmləşib. Unutmaq lazım deyil ki, bu sistem təhlükə altında olduqda, ifrat təzahürlər baş verir. Biz bu təzahürləri hər an görə bilərik. Biz bunu münaqişə kimi təqdim etsək, bu münaqişə cəmiyyətin normal hissəsi ilə cinayətkar dəstə arasında baş verə bilər».
Saytın korrupsiyaya uğramış və hazırda həbsdə olan generalla bağlı sualını cavablandıran Asatryan, təəssüflə erməni cəmiyyətinin bir çox insanları dəyişdirdiyinə şahidlik etdiyini etiraf edir. O, erməni xislətindən boylanarıq, Robert Koçaryan və Serj Sarkisyanın Qarabağdakı «xidmətlərini» önə çəkərək, sonradan onların necə dəyişdiklərini bildirir: «Təəssüflər olsun ki, onlar öz sərvətlərini artırmaq üçün vəziyyətdən istifadə etməyə çalışıblar».
Bugünkü hakimiyyət orqanlarına nəyə diqqət yetirməyi məsləhət bildiyini soruşan sayt əməkdaşına sabiq bankirin cavabı da maraqlıdır. O, hər şeydən əvvəl bu mövzuda danışmaqdan qorxduğunu etiraf edir. Asatryan, Paşinyana kadr seçimində ehtiyatlı olmağı məsləhət görməklə yanaşı, qətiyyətli olmağı da məsləhət görür.
Qeyd edək ki, Sovetlər irsinə fərqli dəyər verən Baqrat Asatryan korrupsiyanın erməni cəmiyyətinin yeni bir təzahür forması olmadığını bildirir. Onun fikrincə, əvvəllər də böyük miqyaslı korrupsiya halları mövcud idi. Lakin həmin korrupsiya imperiya əleyhinə mübarizə kimi, bir yaşam vasitəsi idi. Bankirə görə, oğurluq və oğrular həmişə olub, təbii ki, Ermənistan da istisna deyil. Lakin Ermənistandakı son onillikdəki korrupsiya heç vaxt müşahidə edilməmişdi.
Ermənistanın bugünkü həyatında tərəqqinin hələ ki, müşahidə edilmədiyinə diqqət çəkən Asatryan ölkə parlamentinin qəbul etdiyi «Maliyyələşdirilən pensiyalar haqqında» qanun layihəsinə münasibət bildirərək deyir: «Məcburi maliyyələşdirilən pensiya məsələsi yalnız sosial siyasətin kiçik bir hissəsidir, bu gün bizdə çox çətin və ağır problemlər var». Bu gün Ermənistanda ən zəif yerin sosial vəziyyət və sosial siyasətin olduğunu bildirən Asatryan bu sahəyə məsul olan nazirin bu problemlərə diqqət yetirmədiyinə təəssüflənir.
«Bu sistemin əvvəlki orqanların mirası olduğunu və bundan imtinanın çətinlik törətdiyi» barədə suala cavab verən bankir hazırkı sistemin əleyhdarı olmasa da, Ermənistanda verilmiş qərarların effektivliyi barədə düşünməyin vacibliyini bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info