Cənub Qaz Dəhlizi bütün Avrasiya uçun qlobal önəm daşıyır
Tarix: 22.06.2018 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Dövlət başçısı 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının ölkəmizdə uğurla keçirildiyini və böyük önəm daşıdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bankın ölkəmizdə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakını yüksək qiymətləndirib. Dövlət başçısı ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdədir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatı üzrə isə Azərbaycanın dünyada 35-ci, MDB ölkələri üzrə 1-ci yerdə olduğunu vurğulayıb. Ölkəmizin tranzit imkanlarına toxunan dövlət başçısı nəqliyyat sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit potensialının daha da artdığını, dəmir yollarının modernləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd edib. Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajin dövlət başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbik edib. O, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edərək Cənub Qaz Dəhlizinin reallaşmasını bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib və bu dəhlizin çox mühüm layihə olduğunu vurğulayıb. Qeyd edib ki, dünyada həyata keçirilən bir çox layihələrdə əvvəlcədən nəzərdə tutulmuş maliyyələşmənin həcmi sonradan artdığı halda, Cənub Qaz Dəhlizinin icrasının gedişində isə əksinə, işlər səmərəli aparıldığından hətta əvvəlcədən nəzərdə tutulduğundan da az vəsait sərf olunub. Kşatrapati Şivajin bildirib ki, Azərbaycana səfərlərinin məqsədlərindən biri də ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaq, bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etməkdən ibarətdir. O, dünyada gedən maliyyə-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasını, ölkədə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirib. Prezident seçkilərdə qələbə qazanması münasibətilə təbriklərə görə təşəkkürünü bildirib. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin böyük hissəsinin icra olunduğunu vurğulayaraq, bu layihənin bütün Avrasiya uçun qlobal önəm daşıdığını deyib, Cənub Qaz Dəhlizi layihəsinə ilk dəstək verən beynəlxalq maliyyə qurumu kimi Asiya İnkişaf Bankının rolunu xüsusi qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, TANAP layihəsinin açılışının böyük əhəmiyyət daşıdığını deyib və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident Azərbaycanda qeyri-neft sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyini və ölkəmizin qarşısında böyük planların durduğunu deyib və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Söhbət zamanı məşğulluq strategiyası ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə, həmçinin bankın 2019-2023-cü illər üzrə strategiyası, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
İtaliya şirkətinin tikdiyi zavodun açılışı olub
18.07.2018
Sercio Mattarella: “İtaliya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir”
18.07.2018
Altı ayda 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib
18.07.2018
Qaxda yay düşərgəsi təşkil edilib
18.07.2018
Prezidentlər Sumqayıtda zavod açılışında iştirak ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info