“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb
Tarix: 23.06.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi rəsm müsabiqəsi başa çatıb. “Yaşa, Azərbaycanım!” şüarı ilə müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir. Müsabiqəyə 5-14 yaşlı uşaqlar tərəfindən təqdim olunmuş 200-ə qədər rəsm əsərindən 93-ü sərgidə nümayiş olunmaq üçün seçilib. Bu rəsmlərdən 12 əsər “Azərmarka” MMC tərəfindən seçilərək, poçt açıqcası kimi çap olunub. Rəsmləri sərgidə nümayiş üçün seçilənlər arasında 5-6 yaşlı uşaqlar üstünlük təşkil edib. Müsabiqənin qalibləri isə peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçilib. Beləliklə, I yerin qalibi 6 yaşlı Mehin Süleymanzadə, II yerin qalibi 14 yaşlı Fuad Anzurov, III yerin qalibi isə 7 yaşlı Zəhra Məmmədzadə olub. Qaliblər və seçilmiş rəsmlərin müəllifləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azercell Telekom” MMC şirkəti tərəfindən mükafatlandırılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info