“Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir”
Tarix: 23.06.2018 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycan Ordusu qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə – torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir.” “Trend”in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib. Ə.Mehdiyev bildirib ki, qısa bir dövr ərzində yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bizə böyük miras qoyub: “Bu mirasdan danışarkən qeyd etmək lazımdır ki, əsas məsələlərdən biri də 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılması idi. Bu gün biz ordunun yubileyi ərəfəsindəyik və bir neçə gün sonra 100 illiyi təntənəli şəkildə qeyd edəcəyik”. PA rəsmisi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir şəraitdə Milli Ordu yaratmağa nail oldu: “Bütün çətinliklərə baxmayaraq, ordu quruculuğu prosesində böyük nailiyyətlər əldə olunmuşdu və o dövrdə qazanılan ənənələr, hərbi təcrübə sonrakı illərdə, o cümlədən müasir tariximizdə öz sözünü dedi və biz həmin dövrün təcrübəsindən bəhrələnərək sonrakı dövrdə də ordu quruculuğu məsələsində böyük vəzifələrin həllinə nail ola bilmişik. Vaxtilə ulu öndər Heydər Əliyevin səyləri ilə yaradılan hərbi məktəblər, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəb və Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil alması 1991-ci ildə müstəqillik əldə etdiyimizdən sonrakı dövrdə, əlbəttə ki, yeni Milli Ordumuzun formalaşmasına öz böyük töhfəsini verdi”. Ə.Mehdiyev deyib ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasət sayəsində ulu öndərin bizə miras qoyduğu orduya böyük diqqət göstərilir: “Ordumuz artıq dünyanın ən güclü, müasir, mənəvi-psixoloji cəhətdən bütün tapşırıqlara hazır, eyni zamanda hərbi-texniki baxımdan təchiz olunmuş ordularından biridir və qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə – torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info