Ukraynada “Azərbaycan Ticarət Evi“ açılıb
Tarix: 23.06.2018 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Kiyevdə “Azərbaycan Ticarət Evi”nin açılışı olub.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan “Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 300 m²-ə yaxındır. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.
Məlumatda bildirilib ki, açılış mərasimində çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin və iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə olan marağın göstəricisi olduğunu vurğulayıb.
Qeyd olunub ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Ukrayna əməkdaşlığı uğurla inkişaf edir, xalqlarımızı tarixi dostluq əlaqələri birləşdirir. Azərbaycan və Ukrayna dövlət başçılarının yüksək siyasi iradəsi nəticəsində bu gün ölkələrimiz arasında münasibətlər strateji səviyyəyə yüksəlib, möhkəm müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və Ukrayna Prezidentləri Şurası, iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir.
Qeyd edilib ki, Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ilin nəticələrinə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsində 6-cı yeri tutub. Ümumiyyətlə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq 810 mln. dollar, bu ilin 4 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 261,7 mln. dollar təşkil edib.
İnvestisiya sahəsində əməkdaşlığın inkişafının vacib olduğunu qeyd edən Şahin Mustafayev bu sahədə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. İndiyədək Azərbaycan Ukraynaya 362 mln. dollar bunun 286 mln. dolları neft, 76 mln. dolları qeyri-neft sektoruna, Ukrayna isə Azərbaycanın qeyri-neft sektoruna 25 mln. dollar investisiya qoyub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-ə yaxın Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycanın Ukrayna ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Şahin Mustafayev Azərbaycan Ticarət Evinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması və keyfiyyətli Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqi baxımından əhəmiyyətli olacağını bildirib.
Ukraynanın Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv Azərbaycan nümayəndə heyətinin Ukraynaya səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Ukraynanın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən Stepan Kubiv potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Kiyevdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ticarət-iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb.


Tədbirdə Azərbaycanın “Aspi-Aqro” MMC və Ukraynanın "Spirit Drink" şirkəti arasında Azərbaycandan Ukraynaya 130 min şüşə şərabın ixracına dair müqavilə imzalanıb.
Azərbaycan Ticarət Evinin açılış mərasimində həmçinin, Azərbaycan şərablarının dequstasiyası keçirilib, Azərbaycan və Ukrayna incəsənət ustalarının konserti təşkil edilib.
Məlumatda bildirilib ki, sonda tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info