Atom Jandjugazyan: “Ermənistanda yaxın gələcəkdə pensiya və maaşlar artmayacaq”
Tarix: 23.06.2018 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


"Graparak" qəzetinin yazdığına görə, Ermənistanın Maliyyə Naziri Atom Jandjugazyan nəşrin dövlət büdcəsinin vəziyyəti barədə ünvanladığı suala çox bədbin cavab verib.
Ölkənin maliyyə sistemi qarşısında qurulan qurum barədə qəzet əməkdaşını məlumatlandıran nazir ölkədə baş verən “məxməri inqilab”dan sonra da bu sistemin normal fəaliyyətlərindən kənara çıxmadığını bildirib. Paşiyanın hakimiyyəti dövründə hələ ki, heç bir tərəqqiyə nail olunmadığını, bunun heç əlamətlərinin belə görünmədiyini bildirən Jandjugazyan ölkənin gəlir hissəsinin inqilabdan əvvəl “daha sürətlə” həyata keçirildiyini etiraf edib. Onun sözlərinə görə. yəni həmin vaxt indiki vaxtla müqayisədə vəziyyət daha yaxşı idi: “Buna görə biz köhnə səlahiyyətlilərə borclu olmalıyıq”-deyə o bildirib.
Bu gün Ermənistanın ayaqda durmasında vergi ödəyicilərinin böyük rolu olduğunu etiraf edən Jandjugazyan, “bunun üçün biz vergi ödəyicilərinə borcluyuq"- deyə bildirib. Qəzet əməkdaşının "Ermənistanda pensiya və əmək haqqı nə vaxt artacaq, axı insanlar bunu gözləyir” sualına "bunun birdən-birə deyil, balanslı şəkildə həyata keçiriləcəyini” bildirb. "Graparak" əməkdaşının: "Yaxın gələcəkdə bunu gözləmək mümkündürmü?" sualına nazir birmənalı olaraq: Əlbəttə yox, bunu yaxın illərdə gözləmək ehtimalı yoxdur"-deyə bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
«1in.am» ”Moskva İrəvana qarşı açıq şantaja keçib”
19.07.2018
“Lenta.ru”: “Brüsseldə Paşinyanı sındırdılar”
19.07.2018
«ArmenianReport»: ”Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın suverenliyinə təhlükədir”
18.07.2018
Stepan Petrosyan: “Ermənistanda hərbi sənaye sahəsində heç bir iş görülmür“
17.07.2018
Ermənistan indi də nicatı Avropada axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info