Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib
Tarix: 23.06.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər



İyunun 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilmiş yeni inzibati binasının açılışında iştirak edib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilmiş dördmərtəbəli bina yüzdən artıq inzibati və xidməti iş otaqları, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalından ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.
Ərazidə nəzarət buraxılış məntəqəsi, xüsusi avtomobil texnikası üçün saxlanc, yeməkxana tikilib, ağac və dekorativ gül kolları əkilib, asfalt örtüyü salınıb.
Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Zaqatalada 150 nəfərədək könüllü qan verib
18.07.2018
Bərdənin iki kəndi təbii qazla təmin olunub
17.07.2018
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
17.07.2018
UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb
17.07.2018
Naxçıvanda test imtahanı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info