Ermənilər: “Bizi alçaldırlar, bizsə gülümsəməkdə davam edirik”
Tarix: 23.06.2018 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“Serj Sarkisyanın dövründə Ermənistanın Xarici İşlər Nazirliyinə 8 il iradəsiz rəhbərlik edən Edvard Nalbandyanın qeyri-müəyyən xarici siyasətini tənqid edirdik. Çünki Nalbandyanın dövründə İrəvan bütün güc mərkəzlərinin deyil, hətta kvazi dövlətlər miqyasında əhəmiyyətsiz olan dövlətlərin də Ermənistanın beynəlxalq arenadakı nüfuzunun yüksəlməsinə kömək edəcəyinə inanırdı. Ancaq bütün bunlara cavab olaraq biz hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi Birliyində bizə yaxın olan müttəfiqlərimizdən də nankorluq gördük”. Bu fikirlər ermənilərin “ArmenianReport” saytında yer alıb. Maraqlıdır, görən erməniləri yenidən haldan çıxaran, qıcıqlandıran nədir? Sən demə, Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Minskdə keçirilən görüşündə erməni nazir Zöhrab Mnatsakanyan belaruslu həmkarı Vladimir Makeylə görüşdə “passivlik” nümayiş etdirib.
“Hesabata görə, belarusiyalı nazir İrəvanla-Minsk arasındakı münasibətlərin inkişaf və genişlənməsinin davam edəcəyinə ümidvar olduğunu bildirdi. Qarabağ münaqişəsinə toxunan nazir Mnatsakanyan da danışıqların effektivliyi üçün sülhə şərait yaratmış mühitin vacibliyini bildirib. Bu baxımdan o, müttəfiq ölkələrin bu atmosferə təhlükə yarada biləcək, regionda silahlanma yarışını təşviq etmək və razılaşdırılmış formatda müzakirələrin normal gedişinə mane ola biləcək addımlar atmamasının vacibliyini qeyd etdi “-deyə bildirən sayt daha sonra yazır: “Məsələn, Zöhrab Qraçeviç Tacikistanın və ya Qırğızıstanın xarici işlər nazirləri ilə görüşmüş olsaydı biz tərəfdən belə bir mənfi reaksiya nümayiş etdirilməyəcəkdi. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi üzvü olan bu iki dövlət demək olar ki, Azərbaycanla heç bir təmasda olmur, onu silahlandırmırlar. Amma Belarus barədə bunları demək olmaz. Buna görə, gərək cənab Mnatsakanyan belarusiyalı həmkarı ilə görüşdən imtina edəydi. Lakin ictimaiyyət bunu nəzərə almasa da, Mnatsakanyan diplomatik qaydalara hörmətlə yanaşıb”.
Qəribədir ki, belə qabiliyyət sahibi olan nazirə “əhsən” düşsə də, bəzi ermənilər bunu qəbul etmirlər. Əgər etsəydilər daha çox ultimtum xarakteri daşıyan aşagıdakı sözləri yazmazdılar: “Erməni Xarici İşlər Nazirliyinin hörmətli cənabları! Siz əvvəlki sələflərinizdən fərqli olaraq nəsihət dinləməyə (?) son qoyun. Anlamaq lazımdır ki, belə bir siyasət Ermənistanın milli maraqlarına zərbə vurur. Üstəlik, biz həm azərbaycanlıların, həm də belarusların gözündə bir gülüş payı oluruq. Axı bizim üzümüzə tüpürsələr də, biz üzümüzü silib heç bir şey olmamış kimi onların üzünə gülümsəməkdə davam edirik. Əgər biz bu yolla davam etsək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi Birliyindəki Belarus və Qazaxıstan kimi "müttəfiqlərimiz" Azərbaycanı açıq şəkildə dəstəkləyərək onu silahla təchiz edəcəklər. Ona görə də oyunun qaydalarını dəyişmək və hücum diplomatiyasına keçmək vaxtı çatıb. Yalnız bu halda, Lukaşenko və Nazarbayevə diş qıcıyacagımız halda onlar Ermənistanın xəyanəti bağışlamadığını başa düşəcəklər”.
Bərəkallah! Vallah utanmasan, oynamağa nə var. Ermənilərin bu iddiası lap araba kölgəsində yatan itin.. məsəlini xatırladır.
Ağasəf Babayev













 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
12.07.2018
Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini elan edib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info