“Rusiya 2018“: Almaniya İsveç millisini məğlub edib
Tarix: 24.06.2018 | Saat: 04:59:00 | E-mail | Çapa göndər



İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının növbəti oyun gününün sonuncu görüşündə “F” qrupunda yer alan Almaniya və İsveç milliləri Soçidəki “Fişt-Arena”da qarşılaşıblar. Birinci turda Meksika millisinə 1:0 məğlub olan son dünya çempionu, bu görüşdə mütləq qələbə qazanmalı idi.

AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən hücuma keçən almanlar rəqib qapı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıblar. Buna baxmayaraq hesabı 32-ci dəqiqədə isveçlilər açıb. Toni Krosun meydanın mərkəzində itirdiyi topu Ola Toyvonen bağışlamayıb - 0:1.
Almaniya millisinin cəhdlərinə baxmayaraq birinci hissədə İsveç millisi 1:0 hesabı ilə qələbə qazanıb.
Fasilədən sonra hücumları gücləndirən Almaniya millisi 48-ci dəqiqədə hesaba tarazlıq gətirib. Cinah ötürməsindən sonra Marko Roys fərqlənib - 1:1. Qarşılaşmanın 82-ci dəqiqəsində Almaniya yığmasının müdafiəçisi Jerom Boatenq ikinci sarı vərəqəsini alaraq hakim tərəfindən meydandan kənarlaşdırıb. Oyunun 94-ci dəqiqəsində Toni Kros standart vəziyyətindən qapıya birbaşa zərbə vuraraq hesabları almaniyalıların xeyrinə çevirib - 2:1. Beləliklə, son dünya çempionu Almaniya yığması mundialda ikinci oyununda çətin 3 xalı aktivinə yaza bilib.
“F” qrupuna hazırda 6 xalla malik Meksika millisi başçılıq edir, aktivlərində 3 xal olan İsveç və Almaniya yığmaları ikinci və üçüncü yerləri bölüşdürürlər, xalı olmayan Cənubi Koreya isə dördüncü yerdədir.
Xatırladaq ki, Meksika millisi birinci turda son dünya çempionu Almaniya millisini 1:0 hesabı ilə məğlub etmiş, Cənubi Koreya yığması isə İsveç komandasına 1:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Almaniya komandası dörd dəfə - 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb.
İsveçlilər 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info