Xaçmazda Qara Qarayevin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
Tarix: 24.06.2018 | Saat: 14:48:00 | E-mail | Çapa göndər



Xaçmazda dünya şöhrətli bəstəkar, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı Qara Qarayevin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil etdiyi konsertdə akademiyanın müəllim və tələbə heyəti klassik musiqi nömrələrini səsləndiriblər.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev ölkəmizdə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Qara Qarayevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb.
BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxışında bildirib ki, Qara Qarayev Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedada malik sənətkarlardan biri olub. O, milli musiqimizi klassik və müasir janrlarla sintez etməklə unudulmaz əsərlər yaradıb. Bunların arasında “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması xüsusilə fərqlənir.
Konsert proqramından əvvəl görkəmli bəstəkara həsr olunmuş film nümayiş etdirilib.
Q.Qarayevin müxtəlif janrlarda əsərlərindən ibarət musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info