Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur
Tarix: 25.06.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması işləri həyata keçirilir. Belə layihələrdən biri də Qobustan rayonunun Qobustan-Poladlı  avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.
 
Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, Qobustan-Poladlı  avtomobil yolu 4-cü texniki dərəcəlidir. Yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildir. Bu üzdən torpaq işlərinin  yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla  bütün yolda  yeni yol geyiminin tikilməsi  zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.
 
Yolun ümumi uzunluğu 14.5 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən  yol boyu torpaq yatağının yararsız qruntu 125 min kubmetr həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, 49 min kubmetr həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunur.
 
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kv. metr sahədə yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılacaq. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv. metr sahəni əhatə edəcək.
 
Layihə çərçivəsində 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boruların quraşdırılması da nəzərdə tutulub.
 
Tikinti işlərinin sonuncu  mərhələsində hərəkətin normal təşkili üçün  sadalanan yol boyu  72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580  ədəd siqnal  dirəkləri quraşdırılacaq, 43 km uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək.
 
Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20.02.2019
“ABAD”ın dəstəklədiyi ailə təsərrüfatlarının istehsalı olan yeni qida məhsulları satışda
20.02.2019
“Azərbaycanda vergi islahatları sahibkarlara dəstəyə istiqamətlənib”
20.02.2019
“INNOLAND”-də startaplara 100 min manatlıq dəstək
20.02.2019
Azərbaycanın “Doing Business“ hesabatında yenidən irəliləməsi gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info