“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir
Tarix: 25.06.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Microsoft” şirkəti “Office 365” istifadəçi interfeysi üçün yeniləmələrin buraxılışına başlayır. Əsas məqsəd – onu geniş istifadəçi kütləsi üçün daha sadə və əlçatan etməkdir. Yeniləmələr “Word”, “Excel”, “PowerPoint”, “OneNote” və “Outlook” əlavələrini əhatə edəcək.

Yaxın bir neçə ay ərzində “Microsoft” şirkəti “Office 365” paketinin istifadəçi interfeysinin ən populyar əlavələri üçün yeniləmələr buraxacaq. İstehsalçı onu daha sadə və səmərəli etməyi planlaşdırır. Tam işəsalmadan öncə yeniləmələr bir neçə silsilə yoxlama və sınaqlardan keçəcəkdir.

Sadələşdirilmiş lent. Lentin yenilənmiş versiyası istifadəçilərə fikirlərini cari məsələlər ətrafında toplamaqdaa və birgə işin asan təşkilində kömək edəcək. Ekranda daha çox komanda lazım olarsa lenti əvvəlki kimi klassik üç sətir formatında açmaq mümkündür. İlk öncə “Word” əlavəsinin brauzer versiyası yenilənəcək. Daha sonra “Windows” üçün “Outlook” yenilənəcək – belə ki, ilkin qiymətləndirmə proqramının bəzi iştitakçıları üçün sadələşdirilmiş lent iyul ayında əlavədə görünəcəkdir. “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələri ən geniş və güclü funksiyalar dəstini təmin edir. Onlara, adətən, maksimum imkanlardan yararlanmaq istəyən istifadəçilər üstünlük verirlər. Daha sonra “Microsoft” şirkəti istifadəçilərin “Excel” və “PowerPoint”də görmək istədikləri dəyişikliklər barədə istifadəçi rəylərindən ibarət geniş baza yaratmağı planlaşdırır. Əldə olunan nəticələr istehsalçıya “Office 365”in bu komponentləri üçün yeniləmə strategiyasını seçməyə kömək edəcək.

Yeni rənglər və nişanlar. Əlavələrdə miqyaslı qrafika ilə yeni rənglər və nişanlar yer alacaq ki, onlar istənilən ölçülü ekranda aydın görünəcəkdir. Bu dəyişikliklər nəinki istifadəçi interfeysini modernləşdirməyə, həmçinin, onu fiziki məhdudiyyətli şəxslər üçün onu daha rahat etməyə yönəlmişdir. İlk növbədə yeniləmələr “Word”ün brauzer versiyasında, daha sonra isə “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində tətbiq olunacaq. 2018-ci ilin avqust ayında “Outlook” və “Mac”da dəyişikliklərin həyata keçirilməsinə başlanılacaq.

Axtarış. Yenilənmiş interfeysdə axtarış sistemi komandaları, insanları və məzmunu tapmağa imkan verəcək. “Zero Query Search” texnologiyası istifadəçinin sorğusunun qabaqcadan bilir: kursoru sadəcə axtarış bölməsinə gətirmək kifayətdir ki, süni intellekt və “Microsoft Graph” bazası əsasında alınmış hazır tövsiyələri görəsiz. Artıq bu funksiya “Office.com”, “SharePoint Online” və “Outlook” mobil əlavələrinin kommersiya versiyalarının istifadəçiləri üçün əlçatandır.

“Bu gün iş fəaliyyəti daha çox komanda şəklində qurulur: bir çox məsələləri işçilər həmkarları ilə birlikdə həll edirlər. Bununla yanaşı, biz vaxt və məkan baxımından getdikcə daha az məhdud oluruq: günün istənilən vaxtı, istənilən yerdə işləmək mümnündür. Bizim məqsədimiz – “Office 365”i geniş istifadəçi dairəsinin tələbatına cavab verəcək universal bir alətə çevirməkdir”, - deyə “Office” və “Windows”un marketinqi üzrə korporativ vitse-prezidenti Cared Spataro (Jared Spataro) bildirib.

Dizaynın ilkin versiyasının hazırlanması üçün komanda müştərilərlə sıx əməkdaşlıq etmişdir. Mütəxəssislər istifadəçilərin əlavə ilə necə işlədikləri barədə məlumatları toplayıb, yeni ideyaları sınaqdan keçirmək üçün prototiplər yaradırdılar. Gələcəkdə, ofis paketinin interfeysi tam yenilənəndən sonra, istifadəçilər siçanın bir düyməsini basmaqla klassik varianta qayıda biləcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ermənistan atəşkəs rejimini 88 dəfə pozub
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir
21.09.2018
“Opinion Internationale”: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır
21.09.2018
Misirin “Əl-Əhram” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc olunub
20.09.2018
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info