İrəvanda xalqın etiraz nümayişlərinin arası kəsilmir
Tarix: 25.06.2018 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


İndi də şəhər merinin istefası tələb olunur

Bu gün 100-ə yaxın nümayişçi Yerevan meriyasına aparan bütün yolları bağlayıb və şəhər administrasiyasının əməkdaşlarını ora buraxmaqdan imtina edib. TASS xəbər verir ki, etirazçılar şəhərin meri Taron Marqaryanın istefasını tələb edirlər. Mitinq yerli xəbər portalları tərəfindən canlı yayımlanır. “Buraya heç kim girməməlidir. Bu, korrupsiyaya və sadə vətəndaşların hesabına çoxlu sərvət toplamış məmurlara qarşı vətəndaş itaətsizliyi aksiyasıdır”, - nümayişçilərdən biri belə deyib.
Vətəndaş fəallarının apardığı təhqiqata əsasən, paytaxtda bir neçə imarət, həmçinin yük daşımaları ilə məşğul olan bir neçə yüksək gəlirli kompaniya Taron Marqaryanın ailəsinə və yaxınlarına məxsusdur.
Qeyd edək ki, yaxın keçmişdə iqtidarda olan Respublika partiyası icraiyyə komitəsinin üzvü Taron Marqaryan 2017-ci ildə üçüncü dəfə Yerevan şəhərinin meri seçilib. O, partiyanın banilərindən biri, Ermənistanın sabiq baş naziri Andranik Marqaryanın oğludur.
Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər əvvəl bildirmişdi ki, “Yerevan meri istefaya Nazirlər Kabinetinin başçısı bunu tələb etdiyi zaman gedəcək”.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info