Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Rusiyada silsilə tədbirlər keçiriblər
Tarix: 25.06.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Rusiyada 22 iyun tarixində qeyd olunan Anım və Hüzn Günü münasibətilə Moskva şəhəri Qərb inzibati dairəsi Oçakovo-Matveyevskoye rayonu azərbaycanlılarının yerli milli-mədəni muxtariyyatı Moskvada və Moskva vilayətində silsilə tədbirlər təşkil edib. Bu barədə anım aksiyalarının informasiya tərəfdaşı qismində çıxış etmiş Rusiya azərbaycanlılarının vahid informasiya portalı AZRU xəbər verir. Səhər saat 4-də təşkilat fəalları “Layiqli yaddaş” xeyriyyə fondunun təşkil etdiyi “Sülh naminə yaddaş” aksiyasında iştirak ediblər. Qeyd edək ki, fondun fəaliyətinin əsas məqsədi Vətənin müdafiəsi uğrunda həlak olmuşların xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillər üçün mədəni-tarixi irsin qorunub saxlanmasıdır. Aksiya iştirakçıları metronomun sədaları altında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, müharibənin davam etdiyi günlərin sayına uyğun 1418 rəqəmi formasında düzülmüş şam və ləmpələr yandırdılar, güllərdən isə “Pomnim” (“Yaddaşımızdadır”) kəlməsini qurdular. Sonra əklil və çiçəklərin qoyulması ilə matəm mitinqi keçirildi. Həmçinin Moskva azərbaycanlılarının təşkilat rəhbərliyi və fəalları paytaxtın Poklonnaya Qora məkanındakı Qələbə Parkında oldular, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə rəsmi şəxslərin, partiya funksionerlərinin və ictimai təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən çoxsaylı anım mərasiminə qoşuldular. Əbədi Məşəl önünə əklil və tər çiçək dəstələri qoyuldu. Daha sonra anım aksiyaları Moskva vilayətindəki Volokolamsk şəhərində davam etdirildi. Buraya müharibə dövründə gedən döyüş meydanlarında axtarış işlərini vaxtilə dəstəkləmiş ictimai fəalların geniş nümayəndə heyəti də gəldi. Qeyd etmək önəmlidir ki, aktiv axtarış işləri, sənəd və arxivlərlə iş, işçi qrupun tərkibində aktiv ictimai fəaliyyət nəticəsində və Moskva azərbaycanlıları milli-mədəni muxtariyyatının sədri, Dövlət Duması deputatının köməkçisi Əli Kazımov, “Qadın və Vətən” ictimai təşkilatının prezidenti, sülh səfiri Nailə Qurova, “Volokolamsk Kremli” Muzey-sərgi kompleksinin elmi katibi Lyudmila Şumovanın xüsusi müştərək səyləri sayəsində Volokolamsk Memorial qəbirstanlığındakı qardaşlıq məzarında Azərbaycanın Dağlıq Qarabağ regionu Kəlbəcər rayonu Mərcimək kəndində doğulmuş 1917-ci il təvəllüdlü leytenant Xudu Mədət oğlu Məmmədovun qalıqları tapılmış, onunla birgə isə silahdaşları P.N.Balberin və Y.İ.Suxodolovun qalıqları da aşkarlanmış və cari ilin 8 may tarixində Qələbənin 73-cü ildönümü ərəfəsində adları məzarlıqda yenidən qoyulan baş daşına yazılmışdır. İlk öncə nümayəndə heyəti Muzeydəki eksponat və qalereya ilə tanış oldu. Ardınca sülh səfiri Nailə Qurova və Rusiya Kommunist Partiyası Domodedovo şəhər bölməsinin birinci katibi Fyodr Nekrılovun iştirakı ilə medalla təltifetmə mərasimi keçirildi. Vətənpərvərlik, nəsillərin bağlılığı və SSRİ xalqlarının tarixi irsinin əbədiləşdirilməsi naminə aktiv fəaliyyətə, böyüyən nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunması və Rusiya cəmiyyətində millətlərarası sülh və sabitliyin qorunub saxlanmasındakı xüsusi xidmətlərə görə diyarşünas Lyudmila Aleksandrovna Şumova, “Volokolamsk Kremli” Muzey-sərgi kompleksinin direktoru Pyotr Alekseyeviç Lazarev, Dövlət Duması deputatının köməkçisi, tədbirlərin təşkilatçısı Əli Əli oğlu Kazımov, təbdirlərin bütün qonaqları və iştirakçılarına xüsusi qonaqpərvərlik nümayiş etdirmiş Volokolamsk azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Cəfər Kərim oğlu Məlikov müxtəlif medallarla təltif edildilər.

“Bu gün, tarixi bir gündə, Böyük Vətən Müharibəsinin başlamasının 77-ci ildönümündə biz qəhrəmancasına həlak olmuş ata və babalarımızla fəxr edirik. Düşməni Vətənimizin paytaxtı yaxınlığında öz həyatı bahasına dayandırmış azərbaycanlı Xudu Məmmədov və Qızıl Ordunun digər əsgərləri zaman, nəsil və xalqların bağlılığını özündə təcəssüm etdirir. SSRİ xalqlarının ümumi ailəsi tərkibində Azərbaycan xalqı da Böyük Qələbənin əldə olunmasına olduqca nəhəng bir tövhə verib, bu gün isə bizim oğul borcumuz – Qələbə haqqında müqəddəs xatirəni yaşatmaq, qoruyub saxlamaq və nəsildən nəsilə ötürməkdir ki, onlar bunu daim yaddaşlarında həkk etsinlər, hörmətlə yanaşsınlar, fəxr etsinlər və heç bir halda unutmasınlar”, - deyə Əli Kazımov Volokolamskın Memorial qəbirstanlığındakı qardaşlıq məzarında keçirilən anım mərasimində çıxışı zamanı bildirib. Matəm mitinqində çıxış edən Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyatının sədri Elşən İbrahimov, “Layiqli yaddaş” xeyriyyə fondunun sədri Anjela Skripkaraş, AZRU Rusiya azərbaycanlıları vahid informasiya portalının baş redaktoru, jurnalist və ictimai xadim Roman Ağayev, Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyatı mətbuat xidmətinin rəhbəri, Rusiya Jurnalistlər Birliyinin üzvü Vaqif Adıgözəlov və başqaları faşizmlə mübarizədə SSRİ xalqlarının millətlərarası dostluğunun önəmliyindən, onun Böyük Qələbədəki rolundan, Azərbaycanın Böyük Vətən müharibəsindəki iştirakından və Bakı neftinin müstəsna rolundan, tarixi yaddaşın qorunub saxlanmasının zəruriliyindən və İkinci Dünya müharibəsi nəticələrinin yenidən baxılmasının yolverilməzliyindən danışdılar. Rəsmi çıxışlardan sonra şairə Larisa Abramova özünün xüsusi olaraq bu günə yazdığı və Moskva həndəvərində gedən döyüşlərdə 30 oktyabr 1941-ci il tarixində qəhrəmancasına həlak olmuş, əbədi 24 yaşlı azərbaycanlı leytenant Xudu Məmmədova həsr etdiyi şerini səsləndirdi. Matəm mitinqi Volokolamsk Memorial qəbirstanlığındakı qardaşlıq məzarında ucaldılmış abidə önünə əklil və tər çiçəklərin qoyulması ilə başa çatdı.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info