Azərbaycan və Ukrayna DSX-aları arasında əməkdaşlığın inkişaf etdirilməsi planı imzalanıb
Tarix: 25.06.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Petro Siqikalın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.
 
 
Görüş zamanı ikitərəfli  münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilmiş və yüksələn xətlə inkişaf etdiyi xüsusilə vurğulanıb, gələcək inkişaf perspektivləri, habelə Azərbaycan-Ukrayna arasında beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-leqal dövriyyəsi, SMBK, BMT, Aİ, FRONTEX, GUAM təşkilatları çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlər müzakirə edilib.
 
Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanıb, həmiçinin DSX-da həyata keçirilən islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.
 
 
Ukrayna nümayəndə heyəti səfər zamanı Dövlət Sərhəd XidmətiAparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilib.
 
İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən“ AR Dövlət Sərhəd Xidməti ilə Ukrayna Dövlət Sərhəd Xidməti arasında 2019-2020-ci illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi Planı” imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
“Həsən bəy Zərdabinin ideyaları artıq həyata keçib”
20.07.2018
Azərbaycan ilə Fransa arasında münasibətlər uğurla inkişaf edir
20.07.2018
ABŞ-ın müvəqqəti işlər vəkili: “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyi davam etdirəcəyik”
20.07.2018
“Coca-Cola” Qafqaz regionu üzrə yeni direktor təyin edib
20.07.2018
İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronla görüşü olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info