Ermənistanda əks-inqilab qorxusu
Tarix: 25.06.2018 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


«Ermənistanda inqilabın qələbəsi hələ ki, sona çatmayıb. Qələbə yalnız Robert Koçaryan və Serj Sarkisyan cinayətkarlar kürsüsündə oturdulduqdan sonra olacaq». Bu fikirlər ermənilərin «ArmenianReport» saytında yer alıb.
« Ötən illərdə Ermənistanı talan edənləri məhkum etmək son dərəcə vacibdir. Hazırda Ermənistan vətəndaşları Nikol Paşinyanı təkcə baş nazir kimi deyil, həm də hər kəsin gözləntilərini yerinə yetirən –oğrulara, xainlərə qarşı mübariz bir şəxs kimi görürlər»-deyə sayt yazır. Sayt hazırda ölkədəki korrupsiyaya qarşı mübarizə araşdırmalarının inkişafından “qorxuya düşənlər” deyərkən, təbii ki, ilk növbədə Serj Sarkisyanı, Robert Koçaryanla onun ətrafındakıları nəzərdə tutur. Sayta görə, bu iki sabiq prezidentlər arasında, daha çox qorxu büruzə etdirən Robert Koçaryandır. Çünki Ermənistanın yaxın tarixində ən yüksək səviyyəli cinayətlərdə onun şəxsi iştirakına işarə edən bir çox faktlar var: «Əlbəttə, burada söhbət təkcə onun korrupsiya ilə bağlılığından getmir. Əks- təqdirdə, Robert Koçaryanın 3 milyard dollarlıq bir sərvət sahibi olması mümkün olmazdı. Söhbət, burada xalqın tələbindən gedir: oğru məhbəsdə oturmalıdır».
Ermənistandakı insanların 27 oktyabr, 1 mart hadisələrinin açıqlanmasını gözlədiklərini yazan sayt bunu ermənilər üçün üçün, xüsüsən də Paşinyan üçün şərəf məsələsi kimi qələmə verir: «Paşinyan artıq nəyəsə nail olub. O, buna Kremlin ölkəmizdəki ümidlərinə qarşı çıxmaqla (?), Moskvanın Ermənistanı «qan çanağına» döndərmək arzusunu ürəyində qoymaqla nail olub. Lakin Ermənistandakı inqilab hələ ki, sona çatmayıb. Bu qələbə Robert Koçaryan və Serj Sarqsyanın həbsindən sonra başa çata bilər. Bu, məxməri inqilabının ən gözəl finalı və Rusiyaya qarşı konkret bir mesaj olacaq: yəni bir daha öz qullarınızı Ermənistan hakimiyyətinə gətirməyə nə cəhd edin, nə də bu barədə düşünün».
Doğrudan da, Ermənistandakı son yaşantılar, bu ölkədə dərəbəylikdən xəbər verir. Belə ki, artıq sabiq hakimiyyət nümayəndələri də seçim qarşısında var-gəl etməkdədirlər. Məsələn, Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan ölkədə keçiriləcək parlament seçkilərini aprel ayına qədər təxirə salmamaq təhəbbüsü ilə çıxış edib. Maraqlıdır ki, ermənilərin «1in.am» saytı Manukyanı bu məsələdə əsasən haqlı sayır: «Manukyan bu məsələdə əsasən haqlıdır, ən qısa müddətdə seçkilər keçirmək və inqilabın zəfərini qazanmaq lazımdır». Maraqlıdır ki, sayt vasitəsilə əks-inqilabçı qüvvələrin «təxribatından» qorxu nümayiş etdirən hazırkı hakimiyyət nümayəndəlri, siyasi cəhətdən yıxıldığı bildirilən Respublika Partiyasının birləşib, hər hansı bir uğur qazana bilməyəcəyini bildirirlər. Onlara görə, əks-inqilab nə hüquqi, nə də ictimai platformalarda heç bir qələbə qazana bilməz. Hazırkı hakimiyyətin ehtiyat etdiyi məsələ sabiq hakimiyyət nümayəndələrinin terror aktından yararlanmaq şansı ilə bağlıdır. Onlar əsas kimi, Ermənistan tarixində 1999-cu il parlament seçkilərində Robert Koçaryanın şəxsində rus müdaxiləsini göstərirlər. Məhz bütün bunlara görə, «vassalının itirilməsi ilə barışmayan Rusiyadan erməni əks-inqilabının küləyi əsməkdədir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
12.07.2018
Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini elan edib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info