Yüksək Texnologiyalar Parkında infosessiya keçirib
Tarix: 25.06.2018 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutu “Overseas Private Investment” (OPIC) korporasiyasının Beynəlxalq Layihələrin Maliyyələşdirilməsi Departamentinin direktoru Tara Bleykinin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Palitra”ya bildiriblər ki, infosessiya “OPIC”-in Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına həsr olunub. İnfosessiya zamanı korporasiyanın Azərbaycandakı layihələri maliyyələşdirmə mexanizmləri barədə ətraflı təqdimat olub və birgə əməkdaşlıq perspektivləri müzakirə edilib. Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, yaradılan ekosistem, startapçılara və investorlara təqdim edilən imkanlar barədə ətraflı məlumat verib. Daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin kommersiya üzrə məsul şəxsi Filip Qutrie təqdimatla çıxış edib. Tara Bleykin Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına dair geniş təqdimat edib və birgə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Daha sonra təqdimat ətrafında müzakirələr aparılıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info